Yunis Hüseynov: "Qərarın ləğv olunacağını gözləmirdim"

26.04.2012 | 3878 dəfə oxunub

“Komandayla birgə toplanış axşam baş tutacaq. Lakin futbolçularla zəngləşərək 6 xalımızın geri qaytarılması barədə məlumat vermişik. Hər kəsin əhval-ruhiyyəsi əladır”. Stadium.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov altı xallarının geri qaytarılmasıyla bağlı FİFA-nın  qərarına münasibət bildirərkən deyib.

“FiFA-nın “Xəzər Lənləran” klubuna qarşı kəsdiyi cəzanın geri götürəcəyini gözləyirdinizmi” sualına Hüseynovun cavabı belə olub: “Sözün açığı, qərarın ləğv olunacağını gözləmirdim.  Ancaq Mübariz Mənsimovun müsahibə zamanı qərarın dəyişdirilə biləcəyini söyləməsi inamımı artırmışdı ki, bəlkə 6 xalımız geri qaytarıldı. Şükürlər olsun ki, bu baş verdi. Rəhbərliyə təşəkkürümü bildirirəm ki, onların sayəsində xalımızı geri qaytardılar. Yəni, haqq-ədalət öz yerini tapdı. Əgər “Xəzər Lənkəran” haqlı olmasaydı, xalımız geri qaytarılmazdı. Bu olay Avropada ilk dəfə baş verdi ki, FİFA verdiyi qərarı dəyişdi. Deməli, səhv addım idi ki, dəyişdilər. Düz qərar olsaydı, qüvvədə qalardı”.

Qarşıdakı “İnter” və “Qəbələ”ylə oyuna da, toxunan baş məşqçi bunları söylədi: “İndi bütün fikrimi “İnter” və “Qəbələ”ylə oyuna yönəltmişəm. Avroliqaya düşmək istəyiriksə, növbəti turlarda qələbə qazanmalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail