Tuyqun Nadurov: "Sənəddə “Xəzər Lənkəran”dan üzr istəyən FİFA 6 xalın geri qaytarılmasının zəruriliyini bildirib"

26.04.2012 | 4667 dəfə oxunub

“Bildiyiniz kimi, FİFA-nın komandamızın hesabından 6 xal silməsindən sonra Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət etmişdik. Bu qurum da öz növbəsində məsələyə yenidən baxmaq üçün FİFA-ya vaxt vermişdi. Ali futbol qurumu aprelin 25-dək qərar verməli idi”. Stadium.az xəbər verir ki, bu sözləri  “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Nadirov bir müddət əvvəl FİFA-nın istəyi ilə AFFA tərəfindən hesabından 6 xal silinən komandasının haqq-ədaləti bərpa etməyə nail olduğunu bildirib: “FİFA-nın İntizam Komitəsi məsələni yenidən araşdıraraq, “Xəzər Lənkəran”ın Romulo Silvanoya ödənişlərin hamısını vaxtında, hətta 3 gün əvvəl etdiyini görüb. 6 xalın silinməsinə heç bir əsasın olmadığını üzə çıxaran FİFA AFFA və klubumuza məktub göndərib. Sənəddə “Xəzər Lənkəran”dan üzr istəyən FİFA 6 xalın geri qaytarılmasının zəruriliyini bildirib. Özünüz bilirsiz ki, FİFA çox nadir hallarda qərarını dəyişir. “Xəzər Lənkəran” bunda da ilkə imza atıb, ali futbol qurumunun qərarının yanlışlığını qəbul etməyə vadar edib. Bu hansısa vəkilin, hansısa hüquqşünasın deyil, bütün “Xəzər Lənkəran”ın – ağır gündə yanında olan azarkeşlərin, bütün kollektivin qələbəsidir. Bu 6 xalın qaytarılması ilə bağlı klubun yanında olan bütün insanları təbrik edirəm”.

“Xəzər Lənkəran” ədaləti bərpa etsə də, 1 müddət psixoloji sarsıntı içində olması üzündən bəzi matçlarda xal itirmişdi. Xüsusilə, “Bakı”ya 1:4 hesablı məğlubiyyətin əsl səbəbi bu idi. Nadirov bu məsələyə də münasibət bildirib: “Biz futbolçulara demişdik ki, bu sizin işiniz deyil. Xalın qaytarılması ilə klub rəhbərliyi məşğul olacaq. Sizin işiniz futbol oynamaqdır. Bu üzdən bunun nəticələrə təsiri olmamalı idi”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail