Mpenza "Neftçi"dən FİFA-ya şikayət etdi

26.04.2012 | 3959 dəfə oxunub

“Neftçi” klubunun belçikalı legioner Emil Mpenza ilə problemi həllini tapa bilmir. Stadium.az xəbər verir ki, futbolçudan FİFA-ya şikayət edən paytaxt klubunun ardından 34 yaşlı legioner də ali futbol qurumuna müraciət edib.

2010-cu ildə İsveçrə “Syon”undan transfer olunan və 3 illik müqavilə imzalanan Mpenza anlaşmanın yarısı boyunca iş başında oldu. Bu ilin qışında transferə çıxarılan hücumçu özünə klub tapmasa da, “Neftçi”nin düşərgəsini tərk edib. 

Bakılılar belçikalının müqaviləni pozduğunu iddia edərək, FİFA-nın Mübahisələrin Həlli Palatasına şikayət etmişdi. “Neftçi” futbolçudan 700 min ABŞ dolları tələb edir.

Öz növbəsində Mpenza Belçika mətbuatına açıqlamasında klubdan şikayət etdiyini bildirib. O, “Neftçi”nin müqaviləni qanunsuz şəkildə pozduğunu iddia edir. Mpenzanın komanda qarşısında tələbi isə müqavilənin geridə qalan 18 ayı üçün maaşının ödənilməsidir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail