“Bakı” “Neftçi”nin rekordunu təkrarladı

26.04.2012 | 5053 dəfə oxunub

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunları “Qarabağ” və “Bakı” arasında oyunun penaltilər seriyası ilə yekunlaşması ilə əlamətdar oldu. Stadium.az xəbər verir ki, cari mövsümdə artıq 2-ci dəfədir ki, mərhələni keçən komanda penaltilər seriyasında müəyyənləşir. İlk belə hal da “Bakı”nın iştirakı ilə olmuşdu. 1/8 finalda “Rəvan”ı mübarizədən kənarlaşdıran (3:2) paytaxtın eyniadlı təmsilçisi bu dəfə də qalib gəldi – 5:4.

Ümumilikdə isə Azərbaycan kuboku tarixində 18-ci dəfə yaşanan penaltilər seriyası 4-cü dəfə “Bakı”nın, 3-cü dəfə isə “Qarabağ”ın iştirakı ilə baş tutdu. Son 2 mövsümdə 3-cü dəfə penaltilər seriyasına qatılan “Bakı” ümumilikdə 4-ə çatmaqla “Neftçi”nin rekordunu təkrarladı. Bu 2 komanda Azərbaycan kubokunda ən çox penalti seriyasında iştirak edən klublardır. Onların hər ikisi 4 belə oyundan 3-də qalib gəlib. Yəni “Bakı” 3 dəfə penaltilər seriyası hesabına mərhələ keçmək rekordunda da “Neftçi”yə şərik oldu.

1 dəfə mərhələni bu yolla adlayan “Qarabağ” isə ardıcıl 2 mövsümdür mübarizəni penaltilər seriyasında dayandırır. Ötən mövsüm 1/8 finalda “Turan” Ağdam təmsilçisini dayandırmışdı.

Azərbaycan kuboku tarixində bütün penalti seriyaları:

1992

İnşaatçı (Bakı)

Xəzər (Sumqayıt)

1:1, pen. 5:4

1993

Kür (Mingəçevir)

Xəzri (Buzovna)

3:0, 0:3, pen. 4:3

1993

Neftçi (Bakı)

Xəzər (Sumqayıt)

0:0, 0:0, pen. 4:3

1993/94

Turan (Tovuz)

OİK Göyəzən (Qazax)

0,:0, 0:0, pen. 1:3

1998/99

Şəmkir

Neftçi (Bakı)

0:0, pen. 3:5

1999/2000

Turan (Tovuz)

Qarabağ (Ağdam)

1:0, 0:1, pen. 4:5

2003/04

Bakılı

Neftçi (Bakı)

1:0, 0:1 pen. 3:5

2004/05

Karvan (Yevlax)

Xəzər Lənkəran

1:1, 1:1, pen. 4:5

2004/05

Neftçi (Bakı)

İnter (Bakı)

0:0, 0:0, pen. 3:4

2007/08

Bakı

Qəbələ

1:1, 1:1, pen. 3:4

2009/10

Simurq (Zaqatala)

Olimpik-Şüvəlan (Bakı)

0:0, 0:0, pen. 2:4

2010/11

Bakı

Muğan  (Salyan)

1:1, pen. 5:3

2010/11

Karvan (Yevlax)

MKT-Araz İmişli)

1:1, pen. 3:4

2010/11

Qarabağ (Ağdam)

Turan  (Tovuz)

0:0, pen. 3:4

2010/11

Simurq  (Zaqatala)

Abşeron (Bakı)

1:1, pen. 1:4

2010/11

Xəzər Lənkəran

İnter  (Bakı)

1:1, pen. 4:2

2011/12

Bakı

Rəvan (Bakı)

0:0, pen. 3:2

2011/12

Bakı

Qarabağ (Ağdam)

0:1, 1:0, pen.5:4

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail