Belaruslar AFFA-nı başa düşmür

27.04.2012 | 4479 dəfə oxunub

Belarus Futbol Federasiyası (BFF) ölkə yığmasının Azərbaycan milli komandası ilə iyunun 5-də Minskdə nəzərdə tutulan yoldaşlıq görüşünün ləğvinə münasibət bildirib. Stadium.az xəbər verir ki, BFF-in mətbuat katibi Aleksandr Tomin açıqlamasında Azərbaycan tərəfinin yoldaşlıq görüşündən imtinasını anlaşılmaz qarşıladıqlarını söyləyib.

Tomin deyib: “Başa düşmürük ki, nəyə görə müqavilə bağlamışdılar və sonradan nəyə görə pozdular. Bizə heç bir səbəb göstərməyiblər. Sadəcə, rəsmi məktub idi. Amma məktubda müqavilənin pozulmasının konkret səbəbi göstərilməmişdi. Elə isə müqaviləni pozmaqda məqsəd nə idi? Müqavilə bağlanıbsa, yerinə yetirmək lazımdır”.

Mətbuat katibi bildirib ki, BFF gələcəkdə yığmalar səviyyəsində görüş təklifinə ehtiyatla yanaşacaq.

Qeyd edək ki, Belarusla yoldaşlıq görüşü yığmamızın baş məşqçisi Berti Foqts tərəfindən ləğv olunub. Səbəb kimi millimizin üzvlərinin əsasən Unibank Premyer Liqasının aparıcı klublarında çıxış etməsi və həmin klubların avrokuboklarda mübarizə aparacağı, Belarus yığması ilə yoldaşlıq oyununun avrokubok qarşılaşmaları ərəfəsinə təsadüf etməsi göstərilib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail