"Qəbələ"nin futbolçusu sağalmaz xəstəliyə tutulub

29.04.2012 | 6181 dəfə oxunub

Təqribən 2 ay öncə Rövşən Əmiraslanov məsələsinə toxunmuşduq. “Qəbələ”nin futbolçusu naməlum səbəblərdən məşq edə bilmir, hazırlıq zamanı bir qədər yüklənən zaman başı  fırlanır ürəyi döyünürdü.

Rövşən və həkimlər buna tam aydınlıq gətirə bilməsə də, müəyyən fərziyələr var idi. Əmiraslanov Qəbələdən yaşadığı Şəmkirə gedərkən dəhşətli yol qəzasının şahidi olduğunu və maşında ölən oğlanı kənara çxaran zaman qorxduğunu və bundan sonra analoji hallarla rastlaşdığını bildirmişdi. Amma sonradan vəziyyət düzəldi və Rövşən “Qəbələ”nin heyətində oynamağa başladı. Xoşbəxt günlər isə cəmi 2-3 həftəni əhatə etdi. Daha  sonra yenə analoji problemlə qarşılaşan yarımmüdafiəçi meydançaya çıxmaq iqtidarında deyil.

 Oyunçu bildirib ki, hazırda müalicəsi ilə məşğuldur: “Ümumiyyətlə, bu məsələ hələ də qaranlıq olaraq qalır. “Qəbələ” rəhbərliyinin dəstəyi ilə müxtəlif ölkələrə getmişəm. Amma hələ də tam sağalmamışam. Bakıdakı həkimlər söz veriblər ki, bu problemi aradan qaldıracaqlar. Amma yəqin ki, bu mövsüm oynamayacağam. İnanın, problemin nədən ibarət olduğunu mən özüm də bilmirəm. Şükür Allaha ki, problemlər aradan qalxmaqdadır”.

Bu problemə görə Əmiraslanov cari mövsümü demək olar ki, boşa verib.

 

futbol11.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail