Messi birinci oldu, Mahir Şükürov siyahıdan çıxdı

30.04.2012 | 6176 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2012-ci ildə keçirilən qarşılaşmaların ən məhsuldar oyunçularının yeni siyahısını açıqlayıb. Stadium.az xəbər verir ki, milli komandaların görüşlərində və qitə kuboklarında ən azı 4 qol vuran futbolçuların cədvəlində 47 bombardir qərarlaşıb. Bunların 22-si sonuncu dəfə 1 ay əvvəl açıqlanan siyahıya yeni daxil olub.

Siyahıya qol sayını 11-ə çatdıran Lionel Messi başçılıq edir. Argentina yığmasında 3, İspaniya “Barselona”sında 8 qol vuran hücumçu ən yazın izləyicisi Klaas Yan Huntelaarla fərqi 2-yə çatdırıb. Almaniya “Şalke”sində 8, Hollandiya yığmasında 1 qol vuran sonuncunun hesabında 9 top var. 

3-cü pillənin sahibi isə dəyişib. Madrid “Atletiko”su ilə Avropa Liqasında 7, Kolumbiya millisində 1 dəfə fərqlənən Radamel Falkao ilk “üçlüy”ə daxil olub.

Siyahıda Azərbaycan təmsilçiləri yer almayıb. Çünki ən məhsuldar futbolumuz olan Mahir Şükürov 4-dən az – cəmi 2 dəfə fərqlənib. O, milli komandanın Dubay toplanışındakı yoxlama görüşlərində buna nail olub. 

Düzdür, İFFHS texniki səhvə yol verərək, 1 ay əvvəl Mahiri 4 qolla siyahıya daxil etmişdi. Lakin artıq həmin xətanı aradan qaldıran beynəlxalq qurum Şükürovun adını siyahıdan çıxarıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail