"Qəbələ"nin görünməmiş qələbəsi

30.04.2012 | 7616 dəfə oxunub

Premyer Liqanın XXX turu “Qəbələ” klubu üçün tarixi hadisə ilə əlamətdar olub. Stadium.az xəbər verir ki, komanda tarixində 100-cü qələbəsini qazanıb. “Bakı” ilə aprelin 29-dakı görüşə qədər 229 matç keçirən “Qəbələ” bu qarşılaşmaların 99-da qalib gəlmişdi. Yubileyi 4:0 hesablı darmadağınla qeyd edən futbolçular Premyer Liqadakı qələbələrin sayını 64-ə çatdırdı. Digər 22 qələbə birinci dəstə, 14 qələbə isə Azərbaycan kubokuna təsadüf edib.

Maraqlıdır ki, “Qəbələ”nin bütün tarixi qələbələri darmadağınla olub. İlk qələbə 2005-ci il sentyabrın 21-də birinci dəstədə əldə olunub. Həmin vaxt “Şərur” 8:0 hesabı ilə darmadağın edilib. 50-ci qələbə isə Premyer Liqaya təsadüf edib. 2008/09 mövsümünün 2009-cu il fevralın 14-də “Muğan”la Salyandakı görüşündə "Qəbələ" 4:0 hesabı ilə qalib gəlmişdi. Bu dəfə də yubiley 4 cavabsız qolla gəlib.

Lakin “Bakı” ilə qarşılaşma təkcə 100-cü qələbə ilə deyil, başqa maraqlı məqamlarla da əlamətdar olub.

- Qarşılaşma eyni zamanda Unibank Premyer Liqadakı ev oyunlarında 40-cı qələbə olub.

- Fatih Kavlak baş məşqçi kimi Premyer Liqada 10-cu qələbəsini qazanıb.

- Matçın 58-ci dəqiqəsində Viktor Mendinin vurduğu qol “Qəbələ”nin tarixində 300-cü qol olub. Bu matçadək 297 dəfə fərqlənən “Qəbələ” 300-ə matçdakı 3-cü qolla çatıb.


“Qəbələ”nin yubiley qolları

1-ci qol - 21.09.2005 Birinci dəstə Göy-Göl (Xanlar) - Şərur (Bakı) 8:0 İlqar İbrahimov, 23-öz qapısına

50-ci qol - 01.03.2006 Birinci dəstə Simurq (Zaqatala) – Gilan (Xanlar) 1:3 Əli Abışov, 76

100-cü qol - 07.04.2007 Unibank Premyer Liqa Simurq (Zaqatala) - Gilan (Qəbələ) 3:1 Vitali Balamsetnı, 28

150-ci qol - 09.08.2008 Unibank Premyer Liqa Qəbələ - NBC (Salyan) 4:1 Vüsal Hüseynov, 11

200-cü qol - 20.11.2009 Unibank Premyer Liqa Standard (Sumqayıt) - Qəbələ 1:2 Tomaş Stolpa, 21

250-ci qol - 17.04.2011 Unibank Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 3:0 Milan Antiç, 34

300-cü qol - 29.04.2012 Unibank Premyer Liqa Qəbələ - Bakı 4:0 Viktor Mendi, 58


- Mendinin qolu həm də Unibank Premyer Liqada 100-cü ev qoludur.

- “Qəbələ” “Bakı” sindromunu qırıb 730 gündən sonra qalib gəlib. Komanda rəqibini 2010-cu il mayın 1-dəki 1:0 hesablı qələbədən sonra 7 matç idi uda bilmirdi. Bu görüşlərdə 2 heç-heçə edən “Qəbələ” 5 dəfə uduzmuşdu.

- 22 cu dəfə keçirilən “Qəbələ” – “Bakı" dueli tarixində ən böyükhesablı nəticə qeydə alındı. İndiyədək “Bakı” 2 dəfə 3 top fərqi ilə qalib gəlmişdi – hər ikisində 3:0. 4 və daha artıq top fərqi ilə qələbə qazanan ilk tərəf isə “Qəbələ” olub.

- Ümumilikdə komanda tarixində 28-ci dəfə böyükhesabla qalib gəlib. Bunların 4-ü cari mövsüm qeydə alınıb: 3-ü çempionat, 1-i kubokda. Unibank Premyer Liqadakı hər 3 darmadağın 2012-ci ildə qeydə alınıb.

- Bunların 11-i birinci dəstə, 4-cü ölkə kubokuna təsadüf edibsə Unibank Premyer Liqada 13-cü dəfə 3 və ya daha çox top fərqi ilə qələbə əldə olunub. Bunların da 2-si final mərhələsində baş verib. Cari mövsümədək ilk “altılıq”da darmadağına sevinməyən “Qəbələ” tarixi rekordunu yeniləyib.

- “Qəbələ” 17-ci dəfə öz meydanında böyük hesabla qalib gəlib. Bunların 7-si birinci dəstə, 2-si kuboka təsadüf etmişdisə 8-ci dəfə Unibank Premyer Liqada qonaqlar məğlub edilib. Digər 11 darmadağın isə səfərdə gerçəkləşib.

- Premyer Liqadakı 13 böyükhesablı qələbənin 7-si Ramiz Məmmədov, 3-ü Toni Adams, 3-ü Fatih Kavlakın baş məşqçiliyi dövrünə təsadüf edib.

- “Bakı” “Qəbələ”nin böyük hesabla məğlub etdiyi 19-cu komanda olub. MOİK ilə “Muğan”ın hərəsini 3, “Şərur”, “Gənclərbirliyi-2”, “Energetik”, “Şahdağ” (Quba) və “Simurq”un hərəsini 2 dəfə məğlub edən Qəbələ futbolçuları digər 12 rəqibi 1 dəfə ağır məğlubiyyətə məruz qoyublar.

- “Qəbələ”nin bütün böyük hesablı qələbələri

2005/06 21.09.2005 Birinci divizion Göy-Göl (Xanlar) - Şərur (Bakı) 8:0
2005/06 15.10.2005 Azərbaycan kuboku MOİK (Bakı) - Göy-Göl (Xanlar) 0:4
2005/06 16.11.2005 Birinci divizion Göy-Göl (Xanlar) - Gənclərbirliyi-2 (Sum) 4:1
2005/06 07.12.2005 Birinci divizion Energetik (Mingəçevir) - Göy-Göl (Xanlar) 0:3
2005/06 15.02.2006 Birinci divizion Şərur (Bakı) - Gilan (Xanlar) 0:3
2005/06 22.02.2006 Birinci divizion Gilan (Xanlar) - Rote Fahne (Tovuz) 4:1
2005/06 08.03.2006 Birinci divizion Gilan (Xanlar) - Viləş (Masallı) 3:0
2005/06 22.03.2006 Birinci divizion Gilan (Xanlar) - Ədliyyə (Bakı) 4:0
2005/06 19.04.2006 Birinci divizion Gənclərbirliyi-2 (Sumqayıt) - Gilan (Xanlar) 1:4
2005/06 10.05.2006 Birinci divizion Gilan (Xanlar) - Energetik (Mingəçevir) 6:0
2005/06 17.05.2006 Birinci divizion Yeni Yevlax - Gilan (Xanlar) 0:3
2005/06 24.05.2006 Birinci divizion Gilan (Xanlar) - Şahdağ-2 (Qusar) 4:0
2006/07 12.09.2006 Azərbaycan kuboku Şahdağ (Quba) - Gilan (Qəbələ) 2:5
2006/07 16.10.2006 Azərbaycan kuboku Gilan (Qəbələ) - Şahdağ (Quba) 6:0
2007/08 11.11.2007 Premyer Liqa Gənclərbirliyi (Sumqayıt) - Qəbələ 0:6
2008/09 09.08.2008 Premyer Liqa Qəbələ - Muğan (Salyan) 4:1
2008/09 17.08.2008 Premyer Liqa MOİK (Bakı) - Qəbələ 0:3
2008/09 05.10.2008 Premyer Liqa Qəbələ - Bakılı 3:0
2008/09 14.02.2009 Premyer Liqa Muğan (Salyan) - Qəbələ 0:4
2008/09 22.03.2009 Premyer Liqa Qəbələ - Karvan (Yevlax) 3:0
2009/10 07.11.2009 Premyer Liqa Qəbələ - Muğan (Salyan) 3:0
2010/11 27.11.2010 Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 4:0
2010/11 04.12.2010 Premyer Liqa MOİK (Bakı) - Qəbələ 0:3
2010/11 17.04.2011 Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 3:0
2011/12 30.11.2011 Azərbaycan kuboku Qəbələ - Neftçala 3:0
2011/12 03.03.2012 Premyer Liqa Rəvan (Bakı) - Qəbələ 0:4
2011/12 11.03.2012 Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 4:1
2011/12 29.04.2012 Premyer Liqa Qəbələ - Bakı 4:0

- Cari mövsüm Premyer Liqada 9-cu qolunu vuran Yannik Kamanan klub rekordunu təkrarlayıb. Belə ki, “Qəbələ”nin Unibank Premyer Liqadakı çıxışları tarixində ən çox qol vuran futbolçular mövsümə 9-dan artıq qol vurmayıb. Buna ötən mövsüm Deon Barton, cari mövsüm Luiz Hilario imza atıb. Kamanan bu 2 komanda yoldaşının rekorduna qoşuldu.

- Yannik Kamanan 9-cu, Viktor Mendi 8-ci dəfə “Qəbələ” formasında qol vurmaqla klub tarixinin ən məhsuldar futbolçuları siyahısında irəlilədilər: Rövşən Əhmədov – 20, Kənan Kərimov - 18, Deon Barton – 15, Vitali Balamestnı, İbrahim Hüseynov – 12, Rəşad Yusubov – 11, Samir Zərgərov, Luiz Hilario - 10, Yannik Kamanan, Fərzad Hatəmi, Vüsal Qarayev – 9, Viktor Mendi, Fazil Pərvərov – 8.

- Qollarının hamısını Unibank Premyer Liqada vuran Kamanan buradakı mövqeyini də yaxşılaşdırıb Deon Barton – 15, Kənan Kərimov, Vitali Balamestnı – 11, Luiz Hilario, Yannik Kamanan - 9, Fərzad Hatəmi – 8, Samir Zərgərov, Tornike Aptsiauri, Kristian Torres, Tomaş Stolpa, Viktor Mendi – 7.

- Matçın 78-ci dəqiqəsində meydana çıxan Elnur Mustafayev karyerasında ilk dəfə “Qəbələ”nin əsas heyətində rəsmi matça çıxıb. Bununla da o, klub tarixinin 131-ci oyunçusu olub. Bunlardan 15-i yalnız birinci dəstə və ya Azərbaycan kubokunda oynadığından Elnur Unibank Premyer Liqada “Qəbələ” forması geyən 116-cı oyunçu olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail