AFFA "Qarabağ", "Xəzər Lənkəran" və "Neftçi"ni cərimələdi

01.05.2012 | 5109 dəfə oxunub

Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, tədbirdə Premyer Liqanın 30-cu turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarılıb: 

Premyer Liqanın XXX turunun “Turan” – “Sumqayıt” matçının 70-ci dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Etibar Tanrıverdiyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunub.

Premyer Liqanın XXX turunun “Rəvan” – “Kəpəz” matçının 60-cı dəqiqəsində “Kəpəz” klubunun 12 nömrəli futbolçusu Eslam Mesallah idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimələnib.

Premyer Liqanın XXX turunun “İnter” – “Xəzər Lənkəran” matçının 42-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu və 62-ci dəqiqədə meydançaya kənar əşya atıldığı üçün kluba 2 min manat cəza kəsilib.

Premyer Liqanın XXX turunun “Neftçi” – “Qarabağ” matçının 75-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrin istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Qarabağ” klubunun 5 nömrəli futbolçusu Maksim Medvedev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimələnib. Oyun başa çatdıqdan sonra “Neftçi” klubu matçın videoyazısını təqdim etmədiyi üçün kluba 1000 manat cəza kəsilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail