"Qəbələ" üçün İngiltərədən "kinoçəkənlər" gəlib

01.05.2012 | 6042 dəfə oxunub

Azərbaycan futbolunun Avropada təbliğinə xüsusi diqqət yetirən “Qəbələ” klubu bu istiqamətdə yeni layihənin reallaşdırılmasına start verib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli rejissor, yazar Tom Vatt və quruluşçu operator Simon Bisset “Qəbələ” klubu haqda qısametrajlı filmin çəkilişlərinə başlayıb.

Bu məqsədlə Azərbaycana səfər edən Vatt Bakıda və Qəbələdə çəkilişlər aparıb. Filmin çəkilişlərində klub prezidentinin müşaviri Toni Adams da iştirak edib. Çəkilişlər əsnasında yaradıcı qrupla görüşən gabalafc.az film və onun çəkiliş məqsədi barədə ətraflı məlumat alıb. Tom Vatt filmin ideyasının ortaya çıxma tarixçəsi barədə danışıb:

“Toni Adamsla yaxşı münasibətlərim var. Əgər yaxın adamın hər hansı bir yerdə fəaliyyət göstərirsə istər-istəməz onu izləyirsən. Mən də Adams “Qəbələ”də baş məşqçi postunda olduğu dövrdə onun fəaliyyətini izləyirdim. O, klubdakı fəaliyyət profilini dəyişdikdən sonra qərara gəldik ki, “Qəbələ” haqda qısa da olsa, film lentə alaq. Film 28 sentyabr – 4 oktyabr aralığında Londonda keçiriləcək “Kicking + Screening” Beynəlxalq Futbol Film Festivalında nümayiş etdiriləcək. Sözügedən festivalda dünyanın müxtəlif ölkələrindən filmlər izləyicilər qarşısına çıxacaq. Kinofestivalda eyni zamanda müxtəlif səviyyəli qonaqlar və məşhur futbolçular yer alacaq. Şübhəsiz ki, “Qəbələ” haqqında filmin belə festivalda nümayişi Azərbaycan futbolunun dünyada tanıdılması baxımından mühüm rol oynayacaq”.

Filmin ideyasından bəhs edən Toni Adams ortaya çıxarılacaq məhsulun klubun böyük layihələrin tamamlanmasından öncəki durumunu əks etdirəcəyini, tarixi bir sənəd rolunu oynayacağını söyləyib. Adams filmdə qısa da olsa Azərbaycan və ölkə futbolu haqqında məlumatların da yer alacağını vurğulayıb:

“Filmin çəkilişlərinə Bakıdan başladıq. Çünki birbaşa Qəbələdən başlamaqla izləyicilərə natamam məlumat vermiş olardıq. Filmdə əsasən klubun hazırda görməkdə olduğu işlər, reallaşdırdığı proyektlər yer alacaq. Bunları lentə almaqla əslində gələcəkdə görəcəyimiz möhtəşəm “Qəbələ”nin işlərə haradan başladığını, hansı vəziyyətdən hansı vəziyyətə gəldiyini, əvvəlki və sonrakı dövrünü müqayisə etmək imkanımız olacaq. Gələcəkdə isə klub haqqında daha geniş film çəkiləcək. Bu artıq klubun reallaşdırmaqda olduğu layihələrin tamamlanmasından sonra baş tutacaq”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail