Novruz Əzimov "Neftçi"yə mesaj göndərdi

02.05.2012 | 6495 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında sona iki tur qalmış çempionun adı bəlli olsa da, Avropa Liqasına son iki vəsiqə uğrunda mübarizə davam edir. Stadium.az xəbər verir ki, çempionatın sonuna iki tur qalmış “Bakı” klubunun məşqçisi Novruz Əzimov şanslarını belə dəyərləndirib:
 
“Bütün qarşılaşmalara qələbə qazanmaq üçün çıxırıq. “Neftçi” ilə cari mövsümdə dördüncü dəfə qarşılaşacağıq. Əvvəlki oyunlardakı uğursuzluqlara son qoymaq istəyirik. Həm biz, həm də “Neftçi” Avrokuboklara vəsiqəni təmin etdiyimiz üçün bəzi insanlar çempionatdakı oyunun formal xarakter daşıyacağını düşünür. Biz bu oyunda qələbə qazanmaq üçün meydana çıxacağıq. Həm də, “Neftçi” bilsin ki, Azərbaycan kubokun finalında kimlə qarşılaşacaq. Komandanın əsas heyətindən Duje Bakoviç, Maris Verpakovski, Novruz Məmmədov və Uinston Parks zədəli, Şəhriyar Əliyev isə cəzalıdır. Bu oyunçular, yəqin ki, növbəti turlarda da iştirak edə bilməyəcəklər. Ümid edirik ki, kubokun finalına kimi zədəli futbolçuların vəziyyəti normallaşacaq. Ancaq Şəhriyar Əliyev cəzalı olduğundan kubokun final oyununda da meydana çıxa bilməyəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail