“Starkov zəng edib, vəziyyətimlə maraqlandı"

03.05.2012 | 4018 dəfə oxunub


“Qəbələ”nin qapıçısı Pavel Doroşev Latviya yığmasından dəvət alıb. Stadium.az xəbər verir ki, bu haqda  futbolçunun özü məlumat verib. 32 yaşlı qolkiper bildirib ki, millisinin baş məşqçisi Aleksandr Starkovun onunla əlaqə saxlayıb. 

“Starkov zəng edib, vəziyyətimlə maraqlandı. Millinin düşərgəsinə çağırıb, hazırlıq vəziyyətimlə tanış olacaq. 1 aydır oynamasam da, bu müddətdə komanda ilə məşqlərimi davam etdirirəm. Yığmamızın isə qarşıda Avropa çempionatının təşkilatçısı Polşa ilə səfər oyunu var. Starkov məni həmin qarşılaşmada sərəncamında görmək istəyir” – deyə, Doroşev bildirib.

Qapıçı vurğulayıb ki, Latviyaya yollananadək klub karyerasına aydınlıq gətirmək fikrindədir: “Mayın 14-də yığmanın düşərgəsinə yollanacağam. Həmin vaxtadək gələcək taleyimə aydınlıq gətirməliyəm. Sonradan yollarda qalmaq istəmirəm. Yığmamızın oyunundan sonra mövsümün yorğunluğunu çıxarmaq üçün istirahət edəcəyəm. Özümə yeni komanda tapa bilməsəm, klubumda qalıb, harada desələr, oynamağa hazıram. Hər halda, müqavilə ilə “Qəbələ”yə məxsus olduğumdan, futbolçu kimi müqavilə şərtlərini yerinə yetirməliyəm”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail