"Xəzər Lənkəran" Avstriyaya gedir

03.05.2012 | 4808 dəfə oxunub

“Xəzər Lənkəran” mövsümlərarası fasilədə hazırlıq keçəcəyi məkanı müəyyənləşdirib. Stadium.az xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib. 

Toplanışın Avstriyada keçirilməsinin nəzərdə tutulduğunu bildirən mütəxəssisin sözlərinə görə, konkret müddət mövsüm bitəndən, Avroliqaya vəsiqə rəsmiləşəndən sonra dəqiqləşəcək. 

“Açığı, mən orada olmamışam. Ancaq “Xəzər Lənkəran” son vaxtlar daim bu ölkədə hazırlıq keçib. Klubumuzun nümayəndələri oranı mənə təriflədilər ki, çox yaxşı havası, şəraiti, meydançaları var. Yəni, toplanış üçün hər şey yüksək səviyyədədir. Mən də razılığımı verdim və orada hazırlıq keçəcəyik. Təbii ki, səfərə komanda ilə birgə çıxacağam. Təyyarəyə minməməyim artıq keçmişdə qalıb. Səfər vaxtına gəlincə, bunun üçün əvvəlcə Avroliqaya çıxaq, sonra müəyyənləşdirərik. Onu deyə bilərəm ki, hazırlıq 3 həftəlik olacaq. Gələn ayın əvvəlində Azərbaycanda bir araya gəlib, qısa müddətli hazırlıqdan sonra səfərə çıxacağıq”. 

Hüseynov hələlik yeni transferlər haqda danışmaq istəmədi: “Bu dəqiqə yalnız onu fikirləşirəm ki, son 2 oyunumuzda qalib gələk və çempionatı gümüş medalla bitirib, Avroliqaya çıxaq. Hazırda diqqətimi növbəti turda “Qəbələ” ilə oyunda qələbəyə kökləmişəm. Nə Mahir Şükürov, nə də başqa futbolçunun komandamıza keçidi haqda danışmaq istəyirəm. İnşallah, mövsüm bitəndən sona bu haqda fikirləşib, sonra açıqlama verəcəyəm”.

“Xəzər Lənkəran”ın Avstriyadakı son toplanışı ötən il İnnsbruk şəhəri yaxınlığındakı Fulpmes şəhərciyində olmuşdu.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail