"İnter" bahalı transferə hazırlaşır

04.05.2012 | 4373 dəfə oxunub

Bakı “İnter”i braziliyalı futbolçu Lorival Asisi heyətinə qata bilər. Stadium.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, “Chernomorets Burgas”da çıxış edən bu futbolçu ilə “İnter” yaxından maraqlanır. Bakılılar hətta mayın 5-də bu komandanın “Liteks”lə ev oyununu canlı izləyərək, Asisi iş başında görməyə çalışacaqlar. Məlumatda o da bildirilir ki, bolqar tərəfi braziliyalı futbolçuya görə “İnter”dən 500 min avro tələb edib və paytaxt klubu bununla razılaşıb.

Sonda onu da qeyd edək ki, 1984-cü ildə anadan olan Asis sol cinah vingeridi. O, karyerası ərzində “Iraty” (2004–2008), “Kalmar” (2009), “Avai” (2009), “America” (2010), “Botafogo” (2011) kimi klublarda da top qovub. Asis 2011–ci ildən formasını geydiyi “Chernomorets”də 23 oyuna 10 qol vurmağa imkan tapıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail