AZAL ilk transferini reallaşdırdı

07.05.2012 | 6167 dəfə oxunub

Premyer Liqanın ikinci altılığında birinci pillədə qərarlaşan AZAL klubu gələn mövsümdən daha iddialı olmaq niyyətindədir. Stadium.az xəbər verir ki, buna uyğun olaraq, yeni baş məşqçi Vaqif Sadıqov geniş transfer siyahısı hazırlayıb. Mütəxəssisin siyahısında əsasən yerli oyunçulardır ki, onlardan bəziləri elitada, bəziləri isə birinci divizionda çıxış edirlər.

Təyyarəçilər artıq ilk transferlərini də reallaşdırıb. Bu, Tovuz futbol məktəbinin yetirməsi olan, son 6 ayda isə “Sumqayıt”ın uğurları üçün çalışan Yasin Abbasovdur. Gənc hücumçu ilə artıq danışıqlar masası arxasına keçilib və razılıq əldə olunub. Mövsümün bitməsinə bir tur qalmasına baxmayaraq, artıq müqavilə də imzalanıb. Odur ki, Yasin Abbasov “Sumqayıt” – AZAL matçında yeni komandasına qarşı oynamayıb.

Yasin Abbasov məsələsini baş məşqçi Vaqif Sadıqov təsdiqləsə də, bununla bağlı geniş danışmaq istəməyib.

futbol11.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail