Rəşad Abdulayevi "Neftçi"dən almaq istəyirlər

07.05.2012 | 4788 dəfə oxunub

Sərgilədiyi oyunla hər bir komandaya lazım olduğunu sübuta yetirən Rəşad Abdullayev bir neçə digər iddialı klubların maraq dairəsindədir. Stadium.az xəbər verir ki, ardıcıl ikinci dəfə “Neftçi” ilə ölkə çempionu olan yarımmüdafiəçi hələ ki, hazırkı komandası ilə yeni müqavilə imzalamayıb. Bunun səbəblərindən biri də adının başqa klublarla birgə hallanmasıdır:

“Açığı, konkret danışmaq istəmirəm. Amma deməliyəm ki, müəyyən söz-söhbətlər var. Eşidirəm ki, bu və ya digər komanda xidmətimdə maraqlıdır. Müqaviləmin müddəti başa çatmaq üzrə olduğundan, eyni zamanda mövsüm sona yaxınlaşdığından bunu normal qəbul edirəm”.

Amma Abdullayev sevimli komandasında qalmaq istəyir: “Mən elə bir insanam ki, xeyir vermədiyim yerdə qalmaram. Kənardan baxanlar deyir ki, oyunum pis alınmır. Odur ki, harasa getmək barədə düşünmürəm. Onu da deyim ki hələ yeni müqavilə barədə danışmamışıq. Bütün bunlar Azərbaycan kubokunun finalından sonra həllini tapacaq”.

Abdullayev “Neftçi”yə əzəli rəqib “Xəzər Lənkəran”dan gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail