"Xəzər Lənkəran" PFL-in yalanını ortaya çıxartdı VİDEO

08.05.2012 | 5142 dəfə oxunub

Premyer Liqanın 31-ci turu çərçivəsində baş tutmuş "Xəzər Lənkəran" - "Qəbələ" oyunu matçın yekun nəticəsinə təsir edən kobud hakim səhvi ilə yadda qalıb. Stadium.az xəbər verir ki, bu iddia ilə Cənub klubu çıxış edib.

Lənkəran klubunun yaydığı bəyanatda bildirilir: “Oyunun 1-ci hissəsində "Xəzər Lənkəran"ın yerinə yetirdiyi cərimə zərbəsindən sonra Rikardo Qomeş topu qapıdan keçirsə də, yan xətt hakimi futbolçunun oyundankənar vəziyyətdə olduğunu bildirdi və baş hakimin Rəhim Həsənov qolu hesaba almadı. Lakin, epizodun videotəkrarından aşkar görünür ki, top Qomeşə çatana qədər futbolçu rəqib müdafiəçilərindən geridə qərarlaşmışdı və hətta əgər cərimə meydançasında olan "Xəzər Lənkəran" futbolçularından topa toxunubsa belə, Qomeş yenə də oyundankənar vəziyyətdə ola bilməzdi. "Xəzər Lənkəran" Futbol Klubu oyundan dərhal sonra AFFA İntizam Komitəsinə və Peşəkar Futbol Liqasına epizodla bağlı şikayət məktubu göndərib, məsələnin araşdırılmasını və müvafiq ölçülərin götürülməsini xahiş edib”. Maraqlıdır ki, bu məsələyə münasibət bildirən Peşəkar Futbol Liqası hakimin qərarını haqlı sayırdı. "Xəzər Lənkəran" klubunun təqdim etdiyi videoda isə PFL-in haqsız olduğu ortaya çıxır. Həmin görüntünü təqdim edirik: 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail