Tales Şützün "İnter"ə keçidi rəsmən təsdiqləndi

08.05.2012 | 4436 dəfə oxunub

“Tales Şütz bizim maraq dairəmizdə olan futbolçulardan idi. Onun AZAL-la olan müqaviləsi də mövsümün sonunda başa çatır. Odur ki, onunla danışıq aparıb razılıq əldə etmişik və Şütz “İnter”ə keçməyə razılıq verib”. Stadium.az xəbər verir ki, bu sözləri “İnter”in meneceri Səbuhi Səfiyarlı deyib. Klub rəsmisi rəsmi müqavilənin mövsüm bitəndən sonra bağlanacağını bildirib: “Tərəflər arasında razılıq əldə olunsa da, təbii ki, rəsmi olaraq Şützu bizim futbolçu saymaq olmaz. Bildiyiniz kimi, rəsmi müqaviləni yalnız mövsüm başa çatandan sonra imzalamaq mümkündür. Ona görə də biz mövsümün yekunlaşmasını gözləyirik. Ancaq dediyim kimi, futbolçu ilə razılıq əldə olunub və gözlənilməz heç nə baş verməsə, Şütz növbəti mövsümdən “İnter”in şərəfini qoruyacaq”.

Ötən ilin yayından AZAL-da çıxış edən 30 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 19 oyun keçirib və 10 qol vurub.

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail