Azərbaycanlı hakim oğru çıxdı

09.05.2012 | 5929 dəfə oxunub

Bakıda futbol hakimi və müəllim işləyən şəxs həbs edilib. Stadium.az xəbər verir ki, II dərəcəli futbol hakimi olan Bakı şəhər sakini Rauf Orucov boş vaxtlarında avtomobilləri qarət edirmiş. 

Hakim Rauf Orucov ötən gün həbs olunmuş Culfa rayon sakini Etibar Tağıyev və Ağsu rayon sakini Əmir Rəhimovdan ibarət oğru dəstəsinin üzü olub. Onlar aprelin 25-dən həbs olunan günədək 8 maşını söküb. Dəstə üzvləri Fərman Cavadova məxsus “VAZ-2106”dan maqnitofon, Qabil Əhmədova məxsus “VAZ-2107”dən səstənzimləyici və səsgücləndirici, İlkin Qasımova və Samir Nəcəfova məxsus “VAZ-2107”dən maqnitofon və səsgücləndirici, Müqabil Hüseynova məxsus “VAZ-2104”dən maqnitofon, Mübariz Rüstəmovə məxsus “VAZ-2107” markalı avtomobildən maqnitafon, monitor, Əli Qaracayevə məxsus “VAZ-2107” markalı avtomobildən isə maqnitafon oğurlayıblar. Saxlanılan şəxslər oğurladıqları avadanlıqları Ə.Rəhimovun Lökbatan qəsəbəsində yerləşən evində gizlədiblər. Hakimliklə yanaşı Qaradağ rayonu 228 saylı orta məktəbdə idman müəllimi işləyən R.Orucov ilkin ifadəsində törətdiyi əməli bilmədən etdiyini deyib. 
Polis isə onun ifadəsini özünü məsuliyyətdən yayındırmaq məqsədi daşıdığını iddia edir. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail