Ukrayna millisinin də heyəti açıqlandı

09.05.2012 | 4631 dəfə oxunub

Ukrayna yığmasının AVRO-2012 üçün ilkin heyəti açıqlanıb. Baş məşqçi Oleq Bloxin 26 futboçluya dəvət göndərib. Stadium.az xəbər verir ki, çempion “Şaxtyor”dan 6 futbolçunu yığmaya çağıran mütəxəssis Kiyev “Dinaso”sunun 9 üzvünə güvənib. “Şaxtyor”un müdafiəçisi Dmitri Çiqrinski zədəsi səbəbindən heyətə salınmayıb.

Bloxini ən çox qapıdakı problem düşündürür. Belə ki, onun bundan əvvəl qapını əmanət etdiyi üç qapıçıdan heç biri hazır durumda deyil. O, boşluğu “Metallurq”un 25 yaşlı qolkiperi Aleksandr Bandura və “Dinamo”dan 17 yaşlı qapıçı Maksim Kovalla doldurmaq istəyir.

Kiyev “Dinamo”sunun Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Əliyevin də adı heyətə salınıb.

Qapıçılar:Aleksandr Bandura (Metalurq), Aleksandr Qoryaynov (Metalist, Xarkiv), Maksim Koval (Dinamo), Andrey Pyatov (Şaxtyor).
Müdafiəçilər:Aleksandr Kuçer, Vyacçslav Şevçuk, Yaroslav Rakitski (üçü də “Şaxytor), Taras Mixalik, Yevgeni Xaçeridi (ikisi də “Dinamo”), Bohdan Butko (İlliçhivets), Vitali Mandziuk (Dnepr), Yevgeni Selin (Vorskla).

Yarımmüdafiəçilər:Aleksandr Əliyev, Andrey Yarmolenko, Denis Qarmaş, Oleq Qusev, Taras Stepanenko (hamısı “Dinamo”), Yevgeni Konoplyanka, Ruslan Rotan (ikisi də “Dnepr”), Sergey Nazarenko (Tavriya), Anatoli Timoşeçuk (Bavariya, Almaniya).

Hücumçular:Andrey Şevçenko, Artem Milevski (ikisi də “Dinamo”), Andrey Voronin (Dinamo, Moskova, Rusiya), Marko Deviç (Metalist), Yevgeni Seleznyov (Şaxtyor).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail