Tarixi “Fənərbaxça” – “Qalatasaray” derbisinin baş hakimi məlum oldu

10.05.2012 | 5280 dəfə oxunub

Futbol üzrə Türkiyə Super Finalında çempionu müəyyənləşdirəcək “Fənərbağça” – “Qalatasaray” derbisinin baş hakimi müəyyənləşib. Stadium.az xəbər verir ki, bu, məşhur FİFA referisi Cüneyt Çakırdır.

Çakır Super Finalın ötən 5 turu ərzində heç bir oyuna təyinat almayıb. Əvəzində o, Çempionlar Liqasında İspaniyanın “Barselona” və İngiltərənin “Çelsi” komandaları arasında keçirilmiş yarımfinal mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub. 36 yaşlı referi 8 iyun – 1 iyulda Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının oyunlarında da Türkiyəni baş hakim qismində təmsil edəcək.

Mayın 12-də keçiriləcək “Fənərbağça” – “Qalatasaray” derbisi Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Super Finalda 5 turdan sonra “Qalatasaray” 46 xalla liderdir. “Fənərbağça” isə 45 xalla 2-ci pillədədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail