"İnter" Rusiyada çempion oldu

11.05.2012 | 5438 dəfə oxunub

Mayın 3-dən 7-dək Rusiyanın Yessentuki şəhərində Böyük Vətən Müharibəsində Qələbənin 67-ci ildönümünə həsr olunmuş uşaqlar arasında futbol üzrə açıq turnir keçirilib. Stadium.az xəbər verir ki, turnirə “İnter”in 2000 və 2001-ci il təvəllüdlü futbolçulardan ibarət iki komandası qatılıb.
 
2001-ci il təvəllüdlü futbolçulardan ibarət komanda turnirdə 5 matç keçirib. İlk qarşılaşmada “İnter” “Spartak”(Nalçik) komandasını 2:1 hesabıyla məğlub edib. Sonra Rövşən Babayevin yetirmələri Vladiqafqazın “Alaniya” komandasına qalib gəliblər - 4:0. 3-cü turda “İnter” “Aksay” komandasını darmadağın edib - 9:0. “Pyatiqorsk” komandasıyla oyunda da eyni hesab qeydə alınıb - 9:0. Son matçda isə “İnter” “Qloriya”(Yessentuki) komandasına şans verməyib - 5:1. Beləliklə, Rövşən Babayevin yetirmələri yüz faizlik nəticə ilə turnirin qalibi olublar.
 
2000-ci il təvəllüdlü futbolçuların iştirak etdiyi turnirdə də “İnter” ilk matçda “Diqora” komandasını 4:0 hesabla məğlub edib. Növbəti turda Yaşar Abdulovun yetirmələri Yessentuki klubu üzərində 4:0 hesabıyla qələbə qazanıblar. Sonradan “İnter” “Alaniya” komandasıyla sülh bağlayıb-2:2. 3-turda “bankirlər” “Pyatiqorsk” komandasını 2:0 hesabıyla məğlub etsə də, son turda “Kislovodsk” komandasına 1:3 hesabıyla məğlub olub. Beləliklə, Yaşar Abdulovun yetirmələri turniri 2-ci yerdə başa vurublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail