"Qarabağ" Avroliqadan kənarda qaldı

11.05.2012 | 4573 dəfə oxunub

Azərbaycanı Avrokuboklarda təmsil edən son iki komandanın adına aydınlıq gəlib. Stadium.az xəbər verir ki, son iki komanda "Xəzər Lənkəran" və "İnter" olub. Premyer Liqanın son turunda doğma meydanda "Qarabağ"ı məğlub edən Lənkəran klubu bununla da gümüş medalları özünə təmin edərək Avropa Liqasına qatılmaq imkanı əldə etdi. "Qarabağ"ın uduzmasından istifadə edən "İnter" isə "Bakı" ilə oyunda istədiyi nəticəni təmin edərək bürünc medalların sahibi kimi Avroliqaya gedəcək üçüncü komanda oldu.

Bundan əvvəl isə "Neftçi" çempion olaraq Çempionlar Liqasına, ölkə kubokunun finalında məhz "Neftçi" ilə qarşılaşacaq "Bakı" isə ən azından finalşı kimi Avropa Liqasında mübarizə aparmaq hüququ qazandı.

Bununla da, son üç ildə ölkəmizi Avroliqada layiqincə təmsil edərək hər dəfə qrup mərhələsinin bir addımlığından qayıdan "Qarabağ" isə qitə miqyaslı turnirlərdən kənarda qalıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail