Tsxadadze: "Bu il “İnter”i heç kim ciddi qəbul etmirdi"

11.05.2012 | 5144 dəfə oxunub

“İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadze bu gün keçirilən Premyer Liqanın son turunda "Bakı" qalibiyyətini belə dəyərləndirib:  “Oyun çox gərgin məcrada keçdi. Bu oyunda “Bakı”nın bir sıra aparıcı oyunçuları iştirak etməsə də, onlara qarşı oynamaq ağır idi. Futbolçuların üzərində psixoloji basqı var idi. Son iki gündə futbolçularla daim söhbət edirdik. Qarşıya qoyulan məqsədə çatdıq. Bu il “İnter”i heç kim ciddi qəbul etmirdi. Futbolçular mövsüm boyu özlərini yaxşı tərəfdən göstərdilər. Oyunun sonlarında böyük məsuliyyət hiss etməyə başladım. Çünki avrokuboklarda ancaq klub üçün yox, həm də ölkənin adından çıxış edəcəyik. İnanıram ki, heyəti düzgün formalaşdırıb uğurlu çıxış edəcəyik. Əsas odur ki, nəticə göstərək. “Bakı”ya kubokun finalında və avrokuboklarda uğurlar arzulayıram”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail