Yunis Hüseynov da "Xəzər Lənkəran"ın tarixinə düşdü

12.05.2012 | 6051 dəfə oxunub

“Xəzər Lənkəran” tarixində 3-cü dəfə gümüş medalçı oldu. Stadium.az xəbər verir ki, 2004-cü ilin yayında yaradılan Lənkəran klubu debüt mövsümündə (2004/05) də eyni uğura nail olmuşdu. Cənub təmsilçisi ötən mövsüm də gümüş medal qazanaraq, ardıcıl 2-ci il eyni nailiyyəti təkrarladı. Özü də bunadək komandanın hesabında olan hər 2 gümüş medal əcnəbi məşqçilərlə qazanmışdı. Bunlar ilk dəfə türkiyəli Rasim Kara, ardından rumıniyalı Mirça Redniklə əldə edilmişdi. 

Cari mövsümə də Redniklə başlayan “Xəzər Lənkəran” dekabrda onu türkiyəli Cüneyt Biçərlə əvəzlədi, bu ilin martında isə yerli mütəxəssis Yunis Hüseynovu baş məşqçi postuna gətirdi. Nəticədə gümüş medalda əsas payı olan 47 yaşlı çalışdırıcı klubun tarixində düşdü. Belə ki, lənkəranlılar ilk dəfə gümüş medalı azərbaycanlı məşqçi ilə qazandı. 

Ümumiyyətlə, “Xəzər Lənkəran”ın tarixində əsas uğurlar yerli çalışdırıcılarla bağlıdır. Təsadüfi deyil ki, komandanın qazandığı titulların çoxu – 1 ölkə çempionluğu, 2 ölkə kuboku və “Birlik kuboku” Ağasəlim Mircavadovun vaxtında olub. Yalnız bir titul – ötən il ölkə kubokunu Rednik qazanıb. Cənub klubunun kolleksiyasında çatmayan yeganə medal bürüncdür ki, bu da hələ çempionatı 3-cü yerdə bitirməməyi ilə bağlıdır. 

Maraqlıdır ki, “Xəzər Lənkəran” kimi Hüseynovun da məşqçilik karyerası 2004-cü ildən başlayıb. Onda debüt mövsümündə “Karvan”a rəhbərlik edən çalışdırıcı çempionatı indiki komandasından sonra bitirərək, bürünc medala yiyələnmişdi. Növbəti mövsümdə isə çempionluğun bir addımlığında olan Yevlax klubu sonda büdrəyərək, 2-ci oldu. Yəni Hüseynov məşqçi kimi 3-cü mükafatını 6 il gözləməli oldu və yenə gümüş medal qazandı. Maraqlıdır ki, 2005/06 mövsümündə də indiki kimi Böyükağa Hacıyev qızıl, Hüseynov gümüş mükafatçı olmuşdu. Fərq ondadır ki, bu dəfə “Neftçi” ilə çempion olan Hacıyev həmin vaxt digər paytaxt təmsilçisi – “Bakı” ilə 1-ci yeri qazanmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail