"Neftçi"nin hücumçusu tarixə düşdü

14.05.2012 | 5552 dəfə oxunub

Bakının “Neftçi” klubunun futbolçusu Bahodir Nasimov Premyer Liqanın ən yaxşı bombardiri olub. Stadium.az xəbər verir ki, özbəkistanlı legionerə bunun üçün 16 qol kifayət edib.

Nasimov Badri Kvaratsxeliya, Yakuba Bamba, Valter Quqlemon və Georgi Adamiyadan sonra Azərbaycanda bombardir olan 5-ci əcnəbi futbolçudur. Lakin o, ilk Asiya təmsilçisi kimi buna nail olmaqla tarixə düşüb.

Hücumçu çempionatlarımız tarixində “Neftçi”nin 4-cü futbolçusudur ki, ən yaxşı bombardir olur. Bunadək Samir Ələkbərov. Nazim Əliyev və Qurban Qurbanov da eyni uğura “Neftçi” formasında imza atmışdı. Lakin Qurbanovun 15 il əvvəlki uğuru “ağ-qaralar”ın son nailiyyəti idi. Onun 1996/97 mövsümündəki bombardirliyindən sonra “Neftçi” belə uğura imza atacaq hücumçu tapmırdı.

AZƏRBAYCAN ÇEMPİONATININ BOMBARDİRLƏRİ
mövsüm futbolçu klubu qol
1992 Nazim Əliyev “Xəzər” 39
1993 Samir Ələkbərov “Neftçi” 16
1993/94 Musa Qurbanov “Turan” 35
1994/95 Nazim Əliyev “Neftçi” 26
1995/96 Rövşən Əhmədov “Kəpəz” 23
Fazil Pərvərov “Kəpəz” 23
1996/97 Qurban Qurbanov “Neftçi” 34
1997/98 Nazim Əliyev “Dinamo” 23
1998/99 Alay Bəhramov “Viləş” 24
1999/00 Badri Kvaratsxeliya “Şəmkir” 16
2000/01 Paşa Əliyev “Dinamo-Bakılı” 13
2003/04 Samir Musayev “Qarabağ” 20
2004/05 Zaur Ramazanov “Karvan” 21
2005/06 Yakuba Bamba “Karvan” 16
2006/07 Zaur Ramazanov “Xəzər-Lənkəran” 20
2007/08 Xaqani Məmmədov ”İnter” 19
2008/09 Valter Quqlemon “İnter” 17
2009/10 Fərid Quliyev “Standard” 16
2010/11 Georgi Adamiya “Qarabağ” 18
2011/12 Bahodir Nasimov “Neftçi” 16
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail