"Avropa çempionatını keçirmək üçün öz namizədliyimizi irəli sürmək fikrində deyilik”

15.05.2012 | 4428 dəfə oxunub

Azərbaycan 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün namizədliyini irəli sürməyəcək. Stadium.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

O bildirib ki, artıq qərarla bağlı Gürcüstan tərəfi də məlumatlandırılıb: “Biz onlara bildirdik ki, Azərbaycan 2020-ci ildə yay olimpiya oyunların təşkil etməkdə iddialıdır. Buna görə də həmin il təşkil olunacaq Avropa çempionatını keçirmək üçün öz namizədliyimizi irəli sürmək fikrində deyilik”.

Məmmədov onu da qeyd edib ki, Gürcüstan tərəfi öz namizədliyini müstəqil şəkildə və ya başqa bir ölkə ilə bərabər irəli sürə bilər.

Gürcüstan prezidenti Mixail Saakaşvili martın əvvəllərində Azərbaycana səfəri vaxtı iki ölkənin 2020-ci il Avropa çempionatına namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. Namizədlik üçün son müddət mayın 15-dək nəzərdə tutulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail