Leonel Messi “Qızıl buts”un qalibidir

15.05.2012 | 5323 dəfə oxunub

Son 3 ildə dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messi növbəti mükafatını qazanıb. Stadium.az xəbər verir ki, “Barselona”nın argentinalı hücumçusu Avropa çempionatlarının bombardirinə verilən “Qızıl buts” uğrunda mübarizədə rəsmən qalib gəlib. Messi qitəmizdə mövsümdə ən çox qol vuran futbolçu olub. O, İspaniya çempionatında 50 dəfə fərqlənib ki, bu ölkənin əmsalını 2-yə vuranda, 100 xal topladığını deyə bilərik. 

Mükafatın ötən ilki sahibi olan Kriştianu Ronaldo bu dəfə İspaniya çempionatının 2-ci bombardiri olub. Madrid “Real”ının portuqaliyalı hücumçusu 46 qolla, 92 xalla Avropada 2-ci, “Arsenal”ın hollandiyalı hücumçusu və kapitanı Robbi van Persi 30 qol, 60 xala 3-cü yeri tutub. 
İlk onluqda “Trabzonsopor”un hücumçusu, millimizə də qol vuran Burak Yılmaz yer alıb. Ancaq Türkiyə Superliqasının əmsalı 1,5 olduğundan, 32 qolu olan futbolçu 48 xalla 8-ci olub. “Neftçi”nin özbək hücumçusu Bahodir Nasimovun 16 qolla bombardiri olduğu Premyer Liqamızın əmsalı 1-dir.

Qeyd edək ki, Avropa İdman Jurnalistləri Assosiasiyasının (ESM) hər il Avropa çempionatında ən çox fərqlənən futbolçuya verdiyi mükafat uğrunda mübarizədə “Böyük beşlik”də vurulan qollara 2 bal verilir.
 



  #1   Adınız: Mehdi Huseynzade;   E-mail: [email protected]

05.06.2012 03:04

Qizil butsun sahibi mehz ele Messi olmali idi

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail