"Xəzər Lənkəran"da 5 aydan sonra dubl

16.05.2012 | 3798 dəfə oxunub

“Xəzər Lənkəran”ın futbolçuları 2012-ci ildə ilk dəfə dubla imza atıb. Stadium.az xəbər verir ki, Premyer liqanın 32-ci turunun “Qarabağ”la görüşündə fərqlənən Eder Bonfim mövsümdə 4-cü, çempionatda 3-cü, 2012-ci ildə ilk belə hadisənin səbəbkarı olub.
 
Belə ki, bu komandanın futbolçularının sonuncu dublu ötən il noyabrın 30-da qeydə alınmışdı. Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ Lökbartan”la qarşılaşmasında Katalin Doman fərqlənmişdi. Rumıniyalıdan başqa cari mövsümdə Branimir Subaşiç və Emeka Opara da dubl müəllifi olub. Onların hər ikisi Premyer Liqanın startındakı görüşlər zamanı buna nail olub.
 
Katalinin dublundan 164 gün sonra bunu bacaran Eder klubdakı karyerasında ilk dəfə 1 oyunda 2 qol vurub. Braziliyalı futbolçu “Xəzər Lənkəran” ın tarixində 61-ci dublun müəllifidi. Bunlara 32 oyunçu imza atıb. Bonfimin dublu Premyer Liqada cənubluların 40-cı dublu olub. Digər 21 dubldan 18-i ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb. Dubllar üzrə rekordçu isə 8 dəfə buna nail olan seleksiyaçı məşqçimiz Zaur Ramazanovdu.
 
“Xəzər Lənkəran”da dubla imza atanlar
8 - Zaur Ramazanov (2-si kubokda)
5 - Vüqar Nadirov (4-ü kubokda)
4 - Samir Əliyev (1-i kubokda)
3 - Allan Lalin
3 - Edmоnd Ntiamoa
3 - İvan Tsvetkov (1-i kubokda)
3 - Rahid Əmirquliyev (1-i Birlik kubokunda)
2 - Ceyhun Sultanov (1-i kubokda)
2 - Emin Quliyev
2 - Klaudianu Radukanu (2-si kubokda)
2 - Mario Souza (1-i Birlik kubokunda)
2 - Oqtay Dərəlioğlu
2 - Rəşad Abdullayev (1-i kubokda)
2 - Romulo Silvano
1 - Alim Qurbanov
1 - Bəxtiyar Musayev
1 – Branimir Subaşiç
1 - Elvin Beqiri
1 – Eder Bonfim
1 – Emeka Opara
1 - Əhməd Dursun
1 - Xaqani Məmmədov
1 - İlqar Qurbanov (1-i kubokda)
1 - Junior Osvaldo (1-i kubokda)
1 - Katalin Doman (1-i kubokda)
1 - Mahmud Qurbanov (1-i kubokda)
1 - Marinko Petkoviç (1-i kubokda)
1 - Nadir Nəbiyev (1-i Birlik kubokunda)
1 - Paşa Əliyev
1 - Robert İlyeş (1-i kubokda)
1 - Uinston Parks
1 - Yakuba Bamba



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail