"Xəzər Lənkəran" Vobayla bağlı FİFA-ya şikayət etdi

17.05.2012 | 4054 dəfə oxunub

"Xəzər Lənkəran" Julios Vobayın "Neftçi"yə keçidinə imkan verməyəcək. Stadium.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Tuyqun Nadirov əməkdaşımıza açıqlamasında bildirib: "Julis Vobay ötən ilin əvvəlində "Xəzər Lənkəran"a transfer edilib və klubla iki illik müqavilə imzalayıb. Yəni, futbolçunun müqaviləsi 2012-ci il 31 dekabr tarixdə başa çatır. Bu müqavilənin Azərbaycan və ingilis dilində versiyaları mövcuddur. Əlbəttə futbolçu özü də bu müqaviləni imzalayıb və bütün sənədlər notarial qaydada onun şəxsi iştirakı ilə təsdiqlənib. Müqavilənin bir nüsxəsi futbolçuda, bir nüsxəsi Notariat orqanında, bir nüsxəsi klubda və daha bir nüsxəsi də Peşəkar Futbol Liqasındadır. FİFA-nın Transfer Uyğunlaşdırma Sistemindən (TMS) 8 may tarixində etdiyimiz çıxarışda da oyunçunun son klubu kimi "Xəzər Lənkəran" göstərilir".

Tuyqun bəy daha sonra bildirib ki, artıq Vobayın "Neftçi"yə keçidi ilə bağlı FİFA-ya şikayət ediblər: "Bu məsələ ilə bağlı artıq FİFA-ya müraciət etmişik. Əlimizdə olan bütün zəruri sənədlər ali futbol qurumuna təqdim olunub. Futbolçunun klubun icazəsi olmadan keçidi barədə FİFA-nın müvafiq qurumlarından izahat tələb etmişik. Bu oyunçunun klubda oynamasında artıq maraqlı deyilik. Lakin bununla belə iddiamızda konkret tələblər özünü əks etdirib. Bura futbolçunun kluba maddi kompensasiya ödəməsi və onun müəyyən müddətə futboldan uzaqlaşdırılması daxildir. FİFA məsələni icraata götürdüyünü və prosesin getdiyini bizə bildirib. Onu da qeyd edim ki, mətbuatda bu məsələ birmənalı olaraq təqdim olunmur. Bəzi hallarda mübahisənin təfərrüatları həqiqətə uyğun olmayan formada göstərilir ki, bu da əbəs yerə əlavə gərginliyə səbəb olur. Bununla bağlı bir məqamı bildirməyimiz vacibdir ki, sözügedən mübahisə yalnız "Xəzər Lənkəran" və futbolçu Julius Vobay arasında mövcuddur. Digər tərəflərin buraya əlavə edilməsi qətiyyən düzgün deyil".



  #1   Adınız: Qulam Rza;   E-mail: [email protected]

18.05.2012 07:28

Bərəkallah,Vobay! "neftçi"ləri barmağına elə doladın ki,fifa lələ bu dolaşığı açası olacaq...

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail