"Real"ın portuqaliyalı ulduzu Kriştianu Ronaldo "Barselona"nın və dünyanın bir nömrəsi olan Leonel Messi ilə müqayisə olunmasından bezdiyini bildirib. Stadium.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Ronaldo Messiylə müqayisəsinə belə münasibət bildirib: " "Aramızdaki rəqabətin yüksək səviyyədə olmasıyla ikimiz də bir-birimizi daha yaxşı futbol oynamaya məcbur edirik. Bu, eyni zamanda komandalarımız üçün də keçərlidir. "Barselona"nın yaxşı oynaması "Real" daha yaxşı oynamağa sövq edir. Mənimlə Messinin müqayisəsi iki lüks avtomobilin müqayisəsinə bənzəyir. Ancaq fərqli mühərriklərə sahib olan avtomobillər müqayisə oluna bilməz. Bəziləri mənim daha yaxşı olduğumu söyləyir. Bəziləri də Messinin daha yaxşı bir futbolçu olduğunu dilə gətirir. Mənə qalsa, bu an daha yaxşı olan mənəm. Madriddə çempionluq yaşamaq ən böyük arzum idi. Buna nail olduğum üçün çox xoşbəxtəm, çünki ilk dəfə "Real"da ən əhəmiyyətli kuboku qaldırdıq. Fərdi olaraq da çox yaxşı bir mövsüm keçirdim. Atdığım qollar, öz rekordumu qırmam, La Liqayada 100 xal yığmaq fövqəladə bir iş idi. Bu mövsümdə daha yaxşısını etmək çox çətin olacaq".