Bolqarıstan çempionatı da "altılıq" sisteminə keçdi

23.05.2012 | 3721 dəfə oxunub

Bolqarıstan futbolu son dövrlərdə böyük bir böhranla boğuşur. Milli komanda heç cür gözlənilənləri vermir. Liqada isə qarşılaşmalara mübahisəli hakim qərarları, tərəfdarlar arasındakı qarşıdurmalar və oyun alqı-satqısı iddiaları gündəmə damğa vurur.

Stadium.az xəbər verir ki, bu gedişə "dur" demək istəyən Bolqarıstan Futbol Federasiyası, əhəmiyyətli qərarlar almağa başlayıb. Federasiya başçısı Borislav Mihaylov 2013-2014 mövsümündən etibarən  əsas liqada mübarizə edəcək komandaların 16-dan 14-ə düşəcəyini və "pley-off" sisteminin tətbiq olunmağa başlayacağını açıqlayıb. Gələcək mövsüm 4 komandanın düşəcəyini, 2 komandanın isə Birinci Liqaya çıxacağını söyləyənMihaylov, İkinci Liqada mübarizə edən komandaların ilk 11-də 21 yaşından az olan 2 oyunçunun oynadılacağının zəruri olduğunu açıqlayıb. 2013-2014-cü illər mövsümündən etibarən Bolqarıstan Liqasında mübarizə edəcək 14 komandadan ilk 6-sı çempionluq qrupunda mübarizə edəcək. 8 komanda isə düşməmək üçün "pley-off" matçları oynayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail