"Neftçi"nin bütün rəqibləri məlum oldu

24.05.2012 | 5217 dəfə oxunub

Futbol üzrə Azərbaycan çempionatının ən güclü komandası adını qazanan “Neftçi”nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqiblərindən daha birinin adı müəyyənləşib. Stadium.az xəbər verir ki, bu, Bolqarıstan çempionatının qalibi adını qazanan “Ludogorets”di.
 
Bu komanda ötən gün CSKA ilə ev oyununda 1:0 hesabıyla qələbə qazanmağa nail olmaqla tarixinin ən böyük uğuruna imza atıb. Belə ki, son tura qədər CSKA lider idi. Lakin “Ludogorets” cəmi iki xal geri qaldığı Sofiya klubu ilə doğma meydandan baş tutan qarşılaşmada qələbə qazanmaqla böyük sürprizə imza atıb. Çünki hamı məhz Sofiya klubunun çempionluğunu gözləyir. Qeyd edək ki, elitada cəmi ikinci mövsümünü keçirən “Ludogorets” ilk dəfə Bolqarıstanın ən güclüsü adını qazanır və Çempionlar Liqasında çıxış etmək imkanı qazanır. Bu komanda cari mövsümdə Bolqarıstan kubokuna da sahib çıxmağı bacarıb.
 
Beləliklə, “Ludogorets” də Azərbaycan çempionunun ÇL-dəki potensial rəqibləri siyahısına daxil olub. Bununla da “Neftçi”nin bütün potensial rəqiblərinin siyahısı dəqiqləşib. “Ağ-qaralar”ın potensial rəqiblərinin siyahısı isə aşağıdakı kimidi:

Basel (İsveçrə), İroni Kiryat Shmona (İsrail), Slovan (Çexiya), Red Bull Salzburg (Avstriya), AEL Limassol (Kipr), Dinamo (Zaqreb, Xorvatiya), BATE (Belarus), Slask (Polşa), Zilina (Slovakiya), Molde (Norveç), Partizan (Serbiya), Helsingborg (İsveç), Şerif (Moldova), Zeljeznicar (Bosniya və Herseqovina), HJK (Finlandiya), Shamrock Rovers (İrlandiya), Ludogorets (Bolqarıstan).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail