"Kəpəz" yeni mövsümdən iddialı olacağını açıqladı

24.05.2012 | 4869 dəfə oxunub

Yuri Fomenko daha bir il "Kəpəz" futbol klubunun uğurları üçün mübarizə aparacaq. Stadium.az xəbər verir ki, artıq ukraynalı futbolçu ilə müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Dünən Bakıda sponsorlarla görüşən klubun prezidenti Elmir Əliyev bu gün klubdaxili iclas keçirib. Toplantıda gələcək planlar müzakirə edilib. İclasda vurğulanıb ki, növbəti mövsümdə daha iddialı bir komanda formalaşdırmaq nəzərdə tutulur. Komandanın əsas sütununu təşkil edən futbolçularla müqavilələrin yeniləcəyi, gənc futbolçularla yanaşı həm yerli, həm də təcrübəli legioner oyunçuların dəvət olunacağı xüsusi qeyd edilib.
 
Yığıncaqda o da vurğulanıb ki, yaxın vaxtlarda "Kəpəz"in təlim-məşq toplanışının keçiriləcəyi məkan və komanda ilə yolları ayrılacaq futbolçular barədə qərar qəbul olunacaq. Komanda iyun ayının 15-20-də bir araya gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail