Rusiya klubundan Naniyə fantastk təklif

28.05.2012 | 4186 dəfə oxunub

Transferlərə 300 milyon avro ayıran "Anji"nin adının dünya səviyyəli ulduzlarla yanaşı çəkilməyə davam edir. Stadium.az xəbər verir ki, Avropa mediası daha bir ulduzun Mahaçqala klubunun hədəfində olması barədə xəbər yayıb. Qus Hiddinkin başçılıq etdiyi komanda “Mançester Yunayted”dən Nanini hədəfə alıb. Rusiya klubu Portuqaliya yığmasının üzvünə 50 milyon avro təklif edib. Naninin olduqca cazibədar görünən təklifə hansı cavabı verəcəyi maraqla gözlənilir.

Atlantik okeanındakı Kape Verde adalarında doğulan 25 yaşlı hücumçu 2005-2007-ci illərdə Portuqaliyanın "Sportinq" klubunda çıxış edib (58 oyun, 9 qol). 2007-ci ildə "Mançester Yunayted"ə keçən (124 oyun, 25 qol) Nani Portuqaliya millisində keçirdiyi 52 oyunda 12 qol vurub. O, "Mançester Yunayted"də 3 dəfə İngiltərə çempionu, Liqa Kubokunun, Çempionlar Liqasının və Klublararası Dünya çempionatının qalibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail