"Xəzər Lənkəran" fanatları layiq olduqları yerdə

29.05.2012 | 6224 dəfə oxunub

Başa çatan Azərbaycanın 20-ci yubiley futbol çempionatının yekunları görə, “Xəzər Lənkəran” oyunlarına topladığı azarkeş sayı baxımından  rəqibləri üçün əlçatmaz olub. Stadium.az xəbər verir ki, bu klubun oyunlarına daha çox azarkeş toplaşıb. Xüsusilə, Lənkəranda keçirilən qarşılaşmalarda yerli fanatlar öz sevimlilərinə lazımınca dəstək nümayiş etdiriblər. Mövsümün yekunlarına dair apardığımız azarkeş statistikasını sizin də nəzərinizə çatdırırıq:


Ümumi 

Ümumi siyahıda komandaların həm ev, həm də səfər oyunlarında topladıqları azarkeş sayı öz əksini tapıb. Bu siyahının ilk pilləsində “Xəzər Lənkəran” azarkeşləri yer alıblar. Belə ki, bu komandanın çempionat əzrindəki oyunlarını 144000 azarkeş izləyib. “Xəzər Lənkəran”dan savayı 100000 həddini keçən yeganə klub “Kəpəz” olub-101050. Ancaq burada bir məqamı da unutmayaq ki, “Xəzər Lənkəran” sonradan birinci, “Kəpəz” isə ikinci “altılıq”da mübarizə aparıb. Yəni, bu amilin də azarkeş sayına təsirini xatırlatmağa ehtiyac gördük. Eyni zamanda paralel olaraq, onu da vurğulayaq ki, azarkeşlərinin qeyri-etik davranışı ucbatından cəzaya məruz qalan “Xəzər Lənkəran”ın XVI turda “Qarabağ”la, XVIII turda isə “Bakı” ilə keçirdiyi ev oyunları boş tribunalar önündə oynanılıb. İndi isə ümumi siyahını sıralama ilə sizə təqdim edirik:    

“Xəzər Lənkəran”  144000    
“Kəpəz”              101050     
“Neftçi”              79340      
“Qarabağ”          78800      
“Qəbələ”            60150      
“İnter”               53950      
“Turan”              50850      
AZAL                 49555      
“Simurq”            48985      
“Sumqayıt”         48265      
“Bakı”                41920      
“Rəvan”             33715      


Ev oyunlarına görə

Ev oyunlarına görə də “Xəzər Lənkəran” ilk sırada qərarlaşıb. Məhz bu sıralamada lənkəranlılar 100000 həddini keçən yeganə azarkeş ordusudur. Belə ki, komandanın ev oyunlarını 105500 azarkeş izləyib. “Kəpəz” bu siyahıda da ikinci pillədə qərarlaşıb. Komandaların ev oyunlarına görə topladıqları azarkeş sayını sıralama ilə sizə təqdim edirik:

“Xəzər Lənkəran”  105500
“Kəpəz”               77900
“Turan”               33200
“Qarabağ”           32300
“Neftçi”              25850
“Qəbələ”             23350
“İnter”                21850
“Sumqayıt”          20165
“Simurq”             17500
AZAL                 13200
“Bakı”                10820
“Rəvan”              9265

Səfər oyunlarına görə

Səfər oyunarına görə, topladığı azarkeş sayına görə isə, ilk sırada “Xəzər Lənkəran”ın əzəli rəqibi “Neftçi” qərarlaşıb. Paytaxt klubunun səfərdə keçirdiyi qarşılaşmaları 53490 azarkeş izləyib. “Qarabağ” isə bu sıralamada 2-ci pillədə qərarlaşıb-46500 azarkeş. “Xəzər Lənkəran” yalnız 3-cü pillədə mövqe tutub-38500. Komandaların səfər oyunlarına görə azarkeş sıralamasını diqqətinizə çatdırırıq:

“Neftçi”              53490
“Qarabağ”           46500
“Xəzər Lənkəran”  38500
“Qəbələ”             36800
AZAL                  36355
“Simurq”              31485
“İnter”                32100
“Bakı”                 31100
“Sumqayıt”          28100
“Rəvan”              24450
“Kəpəz”              23150
“Turan”              17650

 

 

Ən çox azarkeş toplayan oyunlar

“Kəpəz”-AZAL                        3:1    15000    V tur 
“Xəzər Lənkəran”-“Neftçi”        1:0    14000     V tur 
“Xəzər Lənkəran”-“Qarabağ”     4:1    13500    XXXII
“Xəzər Lənkəran”-“Neftçi”        1:0    12000     XXIX
“Xəzər Lənkəran”-“Qəbələ”       2:1    11000     VII
“Kəpəz”-“Qarabağ”                 1:2    10000     III tur
“Xəzər Lənkəran”-“Bakı”           0:1    9000      XXIV
“Kəpəz”-“Bakı”                       1:3     8300     XII tur 
“Xəzər Lənkəran”-“Sumqayıt”    2:1     8000     I tur 
“Sumqayıt”-“Qəbələ”               1:2     8000     II tur 
“Xəzər Lənkəran”-“Turan”         2:0    8000     III tur
 “Kəpəz”-“Neftçi”                    1:1    8000     X tur
“Kəpəz”-“Xəzər Lənkəran”        1:4     8000     XVII
“Kəpəz”-“Simurq”                    2:0    8000     XXII
“Xəzər Lənkəran”-“Qəbələ”       1:1     8000     XXXI


Ən az azarkeş toplayan oyunlar

AZAL-“Turan”          1:0    100  XXXII
“Rəvan”-“Turan”       2:2   100  XXIX
“Sumqayıt”-“Rəvan”  0:1   100  XXIII
“Rəvan”-“Simurq”     1:1    135  XXVII
“Sumqayıt”-AZAL     1:0    135  XXXI
“Sumqayıt”-“Rəvan”  0:1    150  XIV
“Sumqayıt”-“Kəpəz”  2:0    200  XXVIII
“Rəvan”-“Kəpəz”      1:2     200  XV
“Rəvan”-AZAL          3:1    200  XVIII
AZAL-“Turan”          3:2    200  XXI tur
“Rəvan”-“Simurq”     1:1    250  XII tur


V tur lider, XXI tur audsayderdi

İndi isə azarkeşlərin sayını turlara görə sizə təqdim edirik:

 

I tur        22700 
II tur       23300
III tur      23900
IV tur      12900 
V tur       36950 
VI tur      11300 
VII          15900
VII          14920
IX tur      12300
X tur       16100
XI tur      8600
XII tur    18500
XIII tur    7500
XIV tur    7750
XV tur    12200
XVI tur    4900  “Xəzər Lənkəran”-“Qarabağ” oyunu azarkeşsiz oynanılıb
XVII tur    15350 
XVIII tur   3750  Xəzər  Lənkəran”-“Bakı” oyunu azarkeşsiz oynanılıb
XIX tur     11100 
XX tur      8600  “Simurq”-“Qəbələ” matçı azarekeşsiz oynanılıb
XXI tur     4500  “Simurq”-“Bakı” matçı azarkeşsiz oynanılıb 
XXII tur    13800 
XXIII tur    5700
XXIV tur    18700
XXV tur     10300 
XXVII tur   9885
XXVIII tur  9000
XXIX tur    19300
XXX tur     5050
XXXI tur    13135
XXXII tur   18650 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail