Mahir Şükürov 3, Rauf Əliyev 4 qol vurmalıdır

30.05.2012 | 6011 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2012-ci ildə keçirilən qarşılaşmaların ən məhsuldar oyunçularının yeni siyahısını açıqlayıb. Stadium.az xəbər verir ki, milli komandaların görüşlərində və qitə kuboklarında ən azı 5 qol vuran futbolçuların yer aldığı cədvəldə 44 bombardir qərarlaşıb. 

Ötən ay açıqlanan siyahı ilə müqayisədə cədvələ ciddi dəyişiklik baş verib. Minimum 4 qol vuranların 47 nəfərlik siyahısına başçılıq edən Lionel Messi mövqeyini əldən verib. Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu ilə qitə kuboklarında 12 qol vuran braziliyalı Rikardo Oliveyra ilk pilləni ələ keçirib.

Argentina yığmasında 3, İspaniya “Barselona”sında 8 qol vuran Lionel Messi 2-ci yerə düşüb. Madrid “Atletiko”su ilə Avropa Liqasında 9, Kolumbiya millisində 1 dəfə fərqlənən Radamel Falkao ilk “üçlüy”ü qapayır.

Siyahıda Azərbaycan təmsilçiləri yer almayıb. Çünki ən məhsuldar futbolçumuz olan Mahir Şükürov 5-dən az – cəmi 2 dəfə fərqlənib. Onun siyahıya daxil olması üçün bu gün Andorra ilə qarşılaşmada het-trik müəllifi olması lazımdır. 

Digər futbolçularımız isə bunun üçün ya poker, ya da penta-trikə imza atmalıdır. Hesabında 1 qol olan Rauf Əliyev və Vüqar Nadirova 4 qol kifayət edirsə, digərləri 5 dəfə fərqlənməlidir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail