"Xəzər Lənkəran" azarkeşlərinə sevindirici xəbər var

30.05.2012 | 6310 dəfə oxunub

“Xəzər Lənkəran” yaxın günlərdə 2012/2013 mövsümü üçün yeni abunə kartlarını satışa çıxaracaq. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda ötən illərə nisbətən kartların qiymətində endirim edib. 
 
Belə ki, 35 manat dəyərində olan Standart kart artıq 30 manata, 150 AZN dəyərində olan Gümüş kart – 100 manata, 300 AZN dəyərində olan Qızıl kart isə 200 manata qədər endirilib.
 
2009-cu ildə mövsümlük abunə kartlarının tətbiqi ilə “Xəzər Lənkəran” o zaman ölkə futbolu adına daha bir ilkə imza atmışdı. Azarkeş dəstəyi sarıdan liderliyi son mövsümlərdə heç kimə verməyən cənub təmsilçisinin bu addımı tərəfdarlarının rahatlığını təmin edilməsinə, eyni zamanda marketinq və kommersiya baxımından vacib sayılan sabit gəlirə sahib olmasına hesablanmışdı. Abunə kartlarının qiymətlərinin endirilməsilə klub onun sədaqətli azarkeşləri üçün daha əlverişli şərait yaradır.
 
Standart, Gümüş və Qızıl kartların özəlliklərini bir daha xatırladırıq:
 
Standart kart - 30 AZN
- stadiona VİP girişdən daxil olmaq
- 2012/13 mövümü üçün tribunalarda klub tərəfindən müəyyən edilmiş oturacaqlardan istifadə etmək.
 
Gümüş kart - 100 AZN
- stadiona VİP-girişdən daxil olmaq
- 2012/13 mövümü üçün VİP-B tribunasında oturacaq
- fan-şopda endirim
 
Qızıl kart - 200 AZN
- stadionun ərazisində avtomobil dayanacağından istifadə etmək
- stadiona VİP-girişdən daxil olmaq
- 2012/13 mövsümü üçün VİP-A tribunasında oturacaq
- klubun rəsmi tədbirlərində iştirak etmək 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail