Foqts Andorranı uda bilməməyi hücumçuların üzərinə atdı

31.05.2012 | 3715 dəfə oxunub

Millimizin baş məşqçisi Berti Foqts bu gün Almaniyanın Frankfurt şəhərində keçirilmiş Azərbaycan – Andorra yoldaşlıq oyunundan (0:0) sonra matçla bağlı fikirlərini bildirib. Stadium.az AFFA-nın saytına istinadən xəbər verir ki, Foqts komandasının 90 dəqiqədəki oyunundan, matça köklənməsindən razı qalıb: "Komandamızın oyunu sürətli, kombinasiyalı idi". 

Foqts təəssüflə qeyd edib ki, komandasına qol vurmaq çatmayıb: "Biz bunu sona kimi görə bilmədik. Komandam taktiki cəhətdən düzgün oynadı. Cinahlardan oyun qururduq, ancaq son nöqtəni qoya bilmirik. Bəxtimiz gətirmirdi. Oyundan sonra hesab 5:0 olsaydı, rəqib bundan şikayət edə bilməzdi. Ancaq futbolun qaydası odur ki, topu qapıdan keçirmək lazımdır. Hücumçuları tənqid etmək istərdim. Çünki onlar gözəl qol vurmaq istəyirdilər. Lakin futbolda əsas qol vurmaqdır. Həmin qolun gözəlliyi əhəmiyyət kəsb etmir".

Foqts komandanın çalışqanlığından razı qaldığını deyib: "Narazılığım qol vura bilməməyimiz, qalib gələ bilməməyimiz oldu. Komandam təcrübə yığmalıdır».




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail