Mahir Şükürov "Rubin"lə danışıqlar aparır

03.06.2012 | 6191 dəfə oxunub

Mövsümün başa çatmasına 2 tur qalmış “Qəbələ” klubundan ayrılan Azərbaycan millisinin vitse-kapitanı Mahir Şükürovun karyerasında önəmli dəyişiklik ola bilər. Stadium.az xəbər verir ki, “Qəbələ”dən ayrıldıqdan sonra adı ölkənin bir neçə klubu ilə hallanan Şükürovun “Xəzər Lənkəran” və “Neftçi”yə keçidi baş tutmadı. Belə olan təqdirdə 30 yaşlı sağ cinah müdafiəçisi yenidən ölkə xaricinə üz tutmağı lazım bilib.

Bir müddət öncə “Anji” klubunda uğurlu günlər keçirən Mahirlə ölkənin 3 ən böyük klubundan biri – “Rubin” maraqlanır. 2 qat Rusiya çempionu Mahiri birbaşa deyil, baxışdan keçdikdən sonra müqaviləyə dəvət edəcək. Hələ Azərbaycan milli komandasının sonuncu toplanışından öncə klub rəsmiləri ilə danışan Şükürov Almaniyadan qayıtdıqdan sonra birbaşa Rusiyaya yollanıb. O, hazırda “Rubin”in təlim-məşq toplanışına qatılır. Baş məşqçi Qurban Berdiyev azərbaycanlı oyunçu ilə bağlı yaxın günlərdə qərar çıxaracaq.

“Rubin” Rusiyanın ən köklü klublarındandır.

futbol11.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail