“Bakı” bəyanat yaydı

08.06.2012 | 5993 dəfə oxunub

"Bakı" futbol klubub ötən gün (7 iyun 2012) "Kapital Banl U-15" liqasının final oyununda yaşananlarla bağlı rəsmi açıqlama yayıb. Stadium.az xəbər verir ki, klubun rəsmi internet saytında yer alan məlumatda məlumatda deyilir: "7 iyun 2012-ci il tarixdə "Dalğa Arena"da keçirilən "Kapital Banl U-15" liqasının final oyunundan sonra yaşananlar ölkə futboluna başucalığı gətirmir. "Bakı" və "Neftçi" klublarının 15 yaşlı futbolçulardan ibarət komandalarının oyunundan sonra yaşanan qalmaqal bütün idman ictimaiyyətininin hiddətinə səbəb olmuşdur. 

"Bakı" futbol klubu olaraq bəyan edirik ki, maraqlı mübarizədə keçən idman yarışının başa çatmasından sonra yaşanan insident rəqib komandanın azarkeşlərinin və klubumuza aid olmayan kənar şəxlərin meydana daxil olması nəticəsində baş vermişdir. Biz bunu Azərbaycan idmanına yaraşmayan neqativ hal kimi pisləyir və belə halların bir daha təkrarlanmaması üçün zəruri addımların atılmasını tələb edirik.

Burada xatırlamaq yerinə düşər ki, son illər anoloji qalmaqallar ölkə futbolunda ilk dəfə deyil ki, baş verir. Diqqətçəkən budur ki, onların əksəriyyətində yalnız bir tərəfin adı çəkilir. 2009-2012-ci illər Azərbaycan çempionatının "Neftçi"nin iştirakı ilə keçirilən oyunlarında Coel Epalle, Elvin Əliyev, İbrahim Karqbonun fiziki təzyigə məruz qalması, "Qəbələ" futbol klubunun futbolçularına qarşı güc tətbiq edilməsi, AZAL rəhbərliyinə qarşı hörmətsizlik, "İnter" klubunun oyunçularının döyülməsi kimi faktlar nədənsə ancaq "Netfçi" ilə oyunlara təsadüf edir. 

Aidiyyəti qurumlardan xahiş edirik ki, son qalmaqalla bağlı məsələləri araşdırarkən yuxarıda sadalanan faktların hansı məqamlardan qaynaqlanmasını nəzərdən qaçırmasınlar. "Bakı" futbol klubu 7 iyun 2012-ci il tarixdə baş verən insidentin araşdırılması və günahkarların cəzalandırılmasını tələb etməklə bərabər, belə utancverici halların baş vermə səbəbi və mənbəyini də üzə çıxararaq müvafiq nəticə çıxaracağına ümid edir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail