“İnter”in yeni transferi: “Vəzifələrimizi yerinə yetirmək üçün yaxşı şansımız var”

08.06.2012 | 5214 dəfə oxunub

“İnter”in yeni transferi Revaz Tevdoradze klubun rəsmi internet saytına müsahibə verib.

- Öncə karyeran barədə məlumat verməyinizi xahiş edirik?

- Peşəkar karyerama “Tbilisi” klubunda başlamışam. Sonra Ukraynada Zaporojyenin “Metallurq” komandasında yarımmüdafiəçi mövqeyində oynamışam. Ukraynadan sonra vətənə qayıdıb Qorinin “Dila”, Tbilisinin “Merani” və “Qaqra” komandalarında çıxış etmişəm. Bundan başqa, Latviyada “Olimps” klubuna keçmişəm. Sonra yenidən Gürcüstana qayıdıb Batuminin “Dinamo” komandasının qapısını qorumuşam, sonuncu komandam isə “Çixura” oldu.

- Son mövsümdə “Çixura” komandasıyla Gürcüstanın yüksək liqasına vəsiqə qazandınız, lakin buna baxmayaraq komandanı dəyişərək “İnter”ə keçdiniz. Maraqlıdır, bu qərar nə ilə bağlıdır?

- Mən Kaxaber Tsxadadze ilə çox yaxşı tanışam, onun rəhbərliyi altında Gürcüstanın gənclərdən ibarət milli komandasında oynamışam. Mənə təklif gələndə həmən razılıq verdim. Hesab edirəm ki, bu keçid mənim karyeramın inkişafına təkan verəcək, mənə artırmağa və yeni səviyyəyə çıxmağıma kömək edəcək. Bundan başqa, mənə məlumdur ki, “İnter”in əsas qapıçısı Giorgi Lomayadır və belə bir tanınmış qapıçı ilə üz-üzə olmaq imkanı da mənim qərarıma təsir göstərdi. Saçxaradan olan komandanın (Çixura) yaxşı sponsoru və yaxşı imkanları var. Ancaq karyeramı “İnter”də davam etdirmək qərarına gəldim. Belə qərar gəldim ki, mənim belə yaxşı olar.

 - 24 yaşında olmanıza baxmayaraq peşəkar karyeranızda bir çox komandalarda çıxış etməyə imkan tapmısınız. Maraqlıdır, nəyə görə belə tez-tez komanda dəyişmisiniz?

- Mən Gürcüstanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış etmişəm: U-17,U-19 və U-21. Milli komandada da məni daim klublarda oynamağa vadar edirdilər, buna görə də oyun praktikasından məhrum olmamaq üçün komanda dəyişməyə məcbur olurdum. Axı gənc yaşında oyun praktikası qapıçının inkişafında böyük rol oynayır. 

 - Artıq bir həftədir “İnter”in heyətindəsiniz. Komanda necə təsir bağışladı və uyğunlaşma prosesi necə keçir?

- “İnter”də bir neçə həmvətənlilərim çıxış edir, buna görə də uyğunlaşma ilə bağlı xüsusi problem yaranmadı. Bütün komanda çox mehribandır, mən bunu elə ilk məşqdə anladım. Ümumiyyətlə, komandada kimin yeni, kimin uzun zamandır oynadığı hiss olunmur. “İnter”də çox yaxşı və xoş atmosfer hökm sürür. Belə şəraitdə məşq etmək çox xoşdur.

- “İnter”də karyeranızdan nə gözləyirsiniz?

- Öncədən nəsə demək istəməzdim, lakin komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm. Mənə göstərilən etimadı doğrultmaq üçün gücümü maksimum dərəcədə göstərməyə hazıram. Əgər mənə şans düşərsə, o zaman ondan komanda üçün faydalı istifadə edəcəyəm.

 - Tezliklə “İnter” avrokuboklarda iştirak edəcək. Avropa Liqasındakı mübarizə barədə nə deyə bilərsiniz?

- Etiraf edim ki, son 2-3 mövsüm “İnter”in oyunlarını izləmişəm və demək istərdim ki, bu komandanın böyük potensialı var. Hazırda komandaya daha bir neçə yaxşı futbolçu cəlb edildi və bizim planlarımızı və vəzifələrimizi yerinə yetirmək üçün yaxşı şansımız var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail