"Rəvan"ın "əlcəkləri"

10.06.2012 | 6899 dəfə oxunub

Bakının “Rəvan” klubunun yeni baş məşqçisi Cevat Gülər komandanın tarixinə 5-ci çalışdırıcı kimi düşüb. Stadium.az xəbər verir ki, türkiyəli mütəxəssisə kimi “Rəvan”ın 3 mövsümdə 4 baş məşqçisi olub.

2009/10 mövsümündə I divizionda debüt edən klubu ilk oyuna Vaqif Hidayətov çıxarıb. Az sonra postunu Əfqan Talıbova verən çalışdırıcı sonradan yenidən baş məşqçi postuna qayıdıb.

2010/11 mövsümü ərzində isə “Rəvan”ı Vladislav Qədirov çalışdırıb. O, komandasını Premyer Liqaya yüksəltməyi bacarıb.

Premyer Liqadakı debüt – 2011/12 mövsümündə komandanın “sükanı arxasına” Bəhmən Həsənov keçib. Lakin mövsümün gedişində onu Vladislav Qədirov əvəzləyib. Az keçməmiş yenidən Həsənov baş məşqçi vəzifəsini geri təhvil alıb.

Az əvvəl Həsənovu əvəzləyən Gülərə qədər “Rəvan”ın 4 yerli baş məşqçisi olub. Bunlar Vaqif Hidayətov, Əfqan Talıbov. Vladislav Qədirov və Bəhmən Həsənovdur. Onların hamısının yerli çalışdırıcı olduğunu nəzərə alsaq 5-ci olan Gülər “Rəvan”ın ilk əcnəbi baş məşqçisi kimi də tarixə düşür.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail