Hafiz Məmmədov: “Onlar buna nail ola bilməyəcəklər”

11.06.2012 | 4108 dəfə oxunub

"15 yaşlılardan ibarət komandamızın "Neftçi” ilə final oyunundan sonra baş verən hadisələri pisləyirəm. Belə olayların təkrarlanmaması üçün gərəkli tədbirləri görəcəyik". Bu sözləri Stadium.az-a açıqlamasında “Bakı”nın prezidenti Hafiz Məmmədov deyib. 

Klub prezidenti "Neftçi" və "Bakı" klublarının qardaş komanda olduqlarını vurğulayıb: “Bəzi ara qarışdırmağa cəhd göstərən qüvvələr bu hadisədən istifadə edib münasibətləri korlamaq istəsələr də, buna nail ola bilməyəcəklər. Ümumiyyətlə, nəinki "Neftçi", bizim digər klublarla da gözəl münasibətlərimiz var və Azərbaycan futboluna dəstək verən hər bir komandamızı dəstəkləyirik”.

Xatırladaq ki, bir neçə gün öncə “Neftçi” və “Bakı”nın U-15 komandalarının final oyunundan sonra hər iki klubun futbolçuları və rəsmiləri arasında gərginlik yaşanmışdı.

Klubun prezidenti Hafiz Məmmədov hadisədən dərhal xəbər tutsa da, ölkə xaricində olduğundan məsələyə müdaxilə etməsi bir qədər gecikib. Klub rəhbəri əvvəlcə hadisənin o qədər də ciddi olmadığını və yeniyetməlik dövrünü yaşayan uşaqların yüngül dartışması olduğunu düşündüyünü deyib: “Amma görüntüləri izləyəndə çox pis oldum və dərhal hadisənin araşdırılması üçün müvafiq göstərişlərimi verdim. Bu gün klubdaxili toplantıda isə məsələ daha ciddi şəkildə araşdırılıb, təhlil olunacaq. Səbəblər aydınlaşdırılıb lazımi tədbirlər görüləcək. Biz həmişə uşaq futbolunun inkişafına dəstək veririk və bu yolumuzu sona qədər yüksələn xətt üzrə davam etdirəcəyik. Bundan sonra yeniyetmə, gənc futbolçuların maarifləndirmə işinə də xüsusi diqqət göstərəcəyik. O uşaqlar gələcəyin futbolçusu olmaqla yanaşı, həm də sabahın əsgəri, gələcəyin ailə başçılarıdırlar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail