Vladimir Levin: “İnter”dən getməyim üçün zəmin vardı”

12.06.2012 | 4666 dəfə oxunub

“İnter”in kapitanı Vladimir Levin klubun rəsmi internet saytına verdiyi müsahibədə başa çatan mövsümün nəticələri, Azərbaycan milli komandasının toplanışları, eləcə də avrokuboklar şansları barədə danışıb. 

- Ötən mövsüm çox çətin alındı, lakin buna baxmayaraq komanda finişi 3-cü yerdə başa vurdu ki, bu da ona avrokuboklarda çıxış etməyə imkan verdi. Başa çatmış mövsüm haqqında fikirlərinizi bilmək istərdik.

- Birinci dövrədə yaxşı nəticələr göstərdik. Çempionatın final hissəsində mübarizə aparmaqda davam etdik və onun nəticələrinə görə mövsümü 3-yerdə başa vurduq. Hesab edirəm ki, bu, bizim üçün pis nəticə deyil.

- Azərbaycan milli komandasının toplanışından bu yaxınlarda qayıtmısınız. Bu toplanışların və yoldaşlıq oyunlarının nəticələrini necə qiymətləndirirsiniz? Axı Andorra(0:0) ilə matç bir çox tənqid və narazılıq doğurmuşdu.

- Andorra ilə matç barədə deyim ki, oyunumuz alındı, lakin çatışmayan qol oldu. Əgər biz çoxsaylı vəziyyətlərimizdən yararlana bilsəydik, o zaman vəziyyət başqa olardı. Yaponiya ilə görüş haqqında demək istəyirəm ki, orada oynamaq bizim üçün çox çətin idi. Ola bilər ki, böyük məsafə qət etməyimiz təsir göstərdi. Bir də ki, rəqib bizdən güclü idi.

- Çempionatın başa çatmasından sonra mətbuatda belə şayiələr dolaşırdı ki, komandanızı dəyişmək istəyirsiniz. Bu məlumatı şərh etməyinizi xahiş edirik.

- Səmimi deyim ki, bunun üçün müəyyən zəminlər vardı, ancaq “İnter”də qalmağa qərar verdim. Bu, artıq “İnter”in heyətində keçirəcəyim 9-cu mövsüm olacaq.

- Digər futbolçularla müqayisədə daha az istirahət etdiniz. Ağır mövsümdən və milli komandanın toplanışlarından sonra məşq prosesinə uyğunlaşmaq çətin olmadı?

- Xeyr, çətin olmadı. Ötən mövsümdən uzaqlaşmaq üçün kifayət qədər vaxtım oldu. Evdə yaxşı dincəldim, ailəmlə birlikdə istirahət etdim. İstər fiziki, istərsə psixoloji planda gərginliyi aradan qaldırmağa müyəssər oldum.

- “İnter”i qarşıda Avropa Liqasında çıxış gözləyir. Necə düşünürsünüz, komanda bu turnirdə məqsədlərinə çata biləcək?

- Azərbaycan klubları hər mövsüm qarşılarına avrokuboklarda maksimal məqsədlər qoyurlar, təəssüf ki, müxtəlif səbəblərə görə məqsədlərinə çata bilmir. Burada çox şey püşkatmadan da asılıdır. “Qarabağ”ın Avropa Liqasında necə yaxşı çıxış etdiyini xatırlayırsınız? Lakin sonradan onların qarşılarına Dormundun “Borussiya” komandası çıxdı.

- “İnter”in ilk təsnifat mərhələsində qarşılaşa biləcəyi komandaların siyahısı artıq məlumdur. Maraqlıdır, bu komandalardan hansını klubumuzun rəqibi qismində görmək istərdiniz?

- Bəli, mən potensial rəqiblərimizlə tanış olmuşam və deyim ki, onların arasında çox sayda yaxşı komanda var. Gizlətməyəcəyəm ki, bir qədər asan rəqiblə oynamaq istərdim. Lakin istənilən halda hər şey özümüzdən asılıdır. Rəqibdən asılı olmayaraq özümüzü yaxşı tərəfdən göstərməliyik. Uğurlu nəticə əldə etmək üçün bizə var gücümü ortaya qoymaq və yaxşıca çalışmaq lazımdır.  

- “İnter” mövzusundan uzaqlaşaq. Artıq Avropa Çempionatı başlayıb və çempionatın ev sahiblərindən biri vətəniniz Ukraynadır. Turnirin favoriti olaraq hansı komandanı görürsünüz?

- Bəli, Avro-2012 turnirinin ev sahiblərindən biri də Ukraynadır və turnirin hər-hansı bir xoşagəlməz hadisə olmadan keçməsini çox istərdim. Ümid edirəm ki, təşkilati məsələlər baxımından problem baş qaldırmayacaq. Favorit barədə heç nə deyə bilməyəcəyəm. Əlbəttə, İspaniya və Almaniya kimi güclü komandalar var, lakin digər komandalar da yaxşıdır, bu turnirdə zəif komandalar yoxdur. Buna görə də, müəyyən sürprizlər gözləmək olar. Nə etmək olar, turnirin gedişini ancaq izləmək və hadisələrin inkişafını gözləmək qalır. Zaman göstərəcək.

- Maraqlıdır, Ukrayna milli komandasının üzvlərindən kiminləsə əlaqə saxlayırsınız?

- Xeyr, milli komandada belə futbolçu yoxdur, mən ölkəni çox gənc yaşımda tərk etmişəm. Lakin Ukrayna çempionatında çıxış edən bir neçə futbolçuyla əlaqə saxlayıram. Ünsiyyət saxlayırıq, zəngləşirik və imkan düşəndə görüşük.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail