Daha bir futbolçumuz legioner həyatı yaşamaqdan imtina etdi

13.06.2012 | 4151 dəfə oxunub

Növbəti mövsüm üçün iddialı heyət qurmağı planlaşdıran “Simurq” klubu bir neçə futbolçusu ilə də müqavilələrinin müddətini artırmaqda davam edir. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Qərib İbrahimovdan sonra komanda Rasim Ramaldanovla yeni razılaşmanı rəsmiləşdirib. Mərkəz müdafiəçisi daha bir il “Simurq”un kapitan sarğısını daşıyacaq. Qeyd edək ki, 2008-ci ildən Zaqatala təmsilçisinin formasını geyinən Rasim Ramaldanov ötən mövsüm 24 qarşılaşmada forma geyinib və 2 dəfə rəqib qapıçılarını məyus edib.

Bir müddət öncə Ramaldanovun legioner həyatı yaşayacağı deyilirdi. Ötən mövsüm Zaqatala təmsilçisinin baş məşqçisi olan Sergey Yuran müdafiəçini yeni komandasına - “Sibir”ə aparmaq istəyirdi. Lakin göründüyü kimi Ramaldanov karyerasını vətəndə davam etdirməyə üstünlük verdi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail