Elxan Məmmədov: “Azərbaycanda fəaliyyət göstərən nüfuzlu şirkətlər futbol sahəsinə yaxın olmaq istəyirlər”

14.06.2012 | 6089 dəfə oxunub

Bu gün AFFA-nın inzibati binasında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi ilə Paşa Sığorta şirkətinin nümayəndələri arasında görüş keçirilib. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, qurumun baş katibi, DÇ-2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov bildirib ki, AFFA ilə Paşa Sığorta şirkəti arasında 2 ildir mövcud olan əməkdaşlıq ölkəmizdə futbolun inkişafına öz töhfələrini verir. Paşa Sığorta şirkətinin İdarə Heyətinin sədri Nofəl Rzayev isə bu əməkdaşlıqdan böyük məmnunluq hissi keçirdiklərini qeyd edib. Görüşün sonunda Paşa Sığorta şirkətinin FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin milli dəstəkçisi olması barədə sertifikat Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov tərəfindən Paşa Sığortanın İdarə Heyətinin sədri Nofəl Rzayevə təqdim olunub.

Qeyd edək, Paşa Sığorta ilə yanaşı Bakcell, SOCAR və Xalq Bank da FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin milli dəstəkçisidir.

Nofəl Rzayev (Paşa Sığorta şirkətinin İdarə Heyətinin sədri):«Artıq iki ildir ki, biz AFFA ilə partnyorluq statusuna sahibik və bu əməkdaşlqdan çox məmnunuq. Paşa Sığortanın FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi milli dəstəkçisi statusuna yiyələnməsinə biz AFFA ilə 2 il ərzində mövcud əməkdaşlığımızın təbii davamı kimi baxırıq. Düşünürük ki, bu dünya çempionatının təşkili Azərbaycanın həm xaricdə təbliğ olunması, həm də də ölkə daxilində futbolun inkişafı baxımından çox vacibdir. Dünya çempionatının keçiriləcəyi müddətdə Azərbaycana müxtəlif ölkələrdən rəsmi nümayəndə heyətləri, tanınmış futbol mütəxəssisləri, məşhur incəsənət xadimləri gələcək, çoxsaylı rəsmi tədbirlər, konsertlər təşkil olunacaq və təbii ki, böyük bir futbol bayramının şahidi olacağıq. AFFA-nın partnyoru olaraq, eyni zamanda, FIFA-nın milli dəstəkçi statusuna sahib bir şirkət kimi bu proseslərdə iştirakdan Paşa Sığorta çox məmnundur».

Elxan Məmmədov (FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri): «FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi adından Paşa Sığorta şirkətinə təşəkkür edirik. Artıq Paşa Sığorta rəsmi şəkildə dünya çempionatının milli dəstəkçisi oldu və bu turnirin təşkilinə öz töhfələrini verəcək. Bu, bir daha onu göstərir ki, Azərbaycanda fəaliyyət göstərən nüfuzlu şirkətlər futbol sahəsinə yaxın olmaq istəyirlər. Təbii ki, bu bizi, eləcə də FIFA-nı sevindirir».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail