“İnter”də işlərin təşkili planında Latviya klublarından daha yaxşıdır”

15.06.2012 | 4979 dəfə oxunub

“İnter”in yeni seleksiyaçı-məşqçisi Aleksandr Rexviaşvili klubun rəsmi internet saytına müsahibə verib. 

- Aleksandr, öncə təyinatınız barədə danışmağınızı istərdik.

- “İnter”ə keçidimin təşəbbüskarı komandanın baş məşqçisi Kaxaber Tsxadadze oldu. Deyim ki, bu təklif hələ qışda irəli sürülmüşdü. Lakin bəzi səbəblərə görə qarşılıqlı əməkdaşlıq barədə yekun təsdiq may ayında baş tutdu. Mənə göstərilən etimada görə minnətdarlığımı bildirmək istəyirəm. Axı seleksiya-ciddi və kifayət qədər məsuliyyətli işdir. Qarşımda heç də asan olmayan vəzifə dayanır, lakin düşünürəm ki, onun öhdəsindən gələcəyəm.

- Siz Gürcüstan millisində və Riqanın “Skonto” komandasında çıxışınızla tanınırsınız. Bundan başqa, bir vaxtlar Azərbaycan klublarından birində oynamısınız. Maraqlıdır, futbol karyeranızı başa vurduqdan sonra nə işlə məşğul olmusunuz?

- Futbolçu karyeramı 2006-cı ildə başa vurmuşam, sonra təqribən 1,5 il futboldan uzaq işlərlə məşğul olmuşam. Bir qədər sonra futbola qayıtmışam. FİFA-nın agent və məşqçilik lisenziyalarını almışam. Son 2 il ərzində Latviyanın “Olimps” futbol klubunun idman direktoru vəzifəsində çalışmışam. Bu klubun “Skonto” klubuna bilavasitə aidiyyatı var. “Olimps” Riqa qrandının demək olar törəmə klubu, onun farm komandasıdır. “Olimps” Latviyanın yüksək liqasında çıxış edirdi, komanda “Skonto” Uşaq Gənclər Futbol Məktəbinin yetirmələrindən formalaşdırılmışdı. Bu klubda çıxış etmək böyük futbola doğru atılmış böyük addım kimi qiymətləndirilirdi. Axı hər il “Olimps”in 6-7 futbolçusu “Skonto”nun əsas heyətinə cəlb edilirdi. Belə deyək, bu klub “Skonto”nu kadrlarla təmin edirdi.  Əlavə edim ki, bu klubda işləməyə başladığım zaman agent lisenziyamı dayandırdım, axı qaydalar bu iki fəaliyyəti birləşdirməyə icazə vermir.

 - İyun ayının 1-dən “İnter”də çalışırsınız və komandayla Türkiyədə təlim-məşq toplanışını keçirmisiniz. Bilmək istərdik, komanda necə təsir bağışladı?

- Etiraf edim ki, “İnter”də işlərin təşkili planında Latviya klublarından daha yaxşıdır, burada daha geniş kadr və texniki heyət var. Bundan əlavə, hər kəs funksiyasını yaxşı bilir. Baltikyanı ölkədəsə bir əməkdaşın üzərinə bir neçə funksiya düşür. Prinsipcə, komanda hələ yanvar ayında mənə məlum idi, axı mənə “İnter”in qış toplanışında da iştirak etmək müyəssər olmuşdu və orada həm məşq prosesilə tanış olmaq, həm də komandanın keçirdiyi yoxlama oyunlarını izləmək imkanım yaranmışdı. Bundan başqa, bir necə dəfə Bakıya gəlmişəm və əyani surətdə “İnter”in matçlarını izləmişəm. Odur ki, mənə komandaya öyrəşmək və onun futbolçularını tanımaq üçün çox vaxt lazım olmadı. Bundan başqa, klub heyətilə yaxşı tanışam. Azərbaycanda oynamışam və xalqınızı çox sevirəm. Yeni işimdə həmkarlarımla ümumi dil tapmaq çətin olmadı. Bir daha təkrar edirəm ki, “İnter”də fəaliyyət  bütün sahələrdə yüksək peşəkarlıq səviyyəsindədir. Məşq prosesi doğru müəyyənləşdirilib, analitik şöbə savadlı fəaliyyət göstərir. Hər kəs funksiyalarını dəqiq yerinə yetirir.

- Siz “İnter”ə mövsümarası dövrdə qoşuldunuz və belə deyək, düz qızğın vaxtda gəlmisiniz. Yəni məhz indi komanda yeni futbolçularla güclənməlidir. Fəaliyyətiniz barədə və bu mövsümarası dövrdə məqsədləriniz haqqında danışmağınızı xahiş edirik.

- Komanda istər yerli, istərsə xarici futbolçular artıq cəlb edib. Bununla yanaşı, bu legionerlər artıq Azərbaycan çempionatında oynayıblar. Hazırda müdafiə xəttinin gücləndirilməsi istiqamətində fəal  axtarış gedir. Bizə avrokubok ərəfəsində “İnter”i real gücləndirəcək ixtisaslı futbolçular lazımdır. Bu futbolçuların səviyyəsi Avropa meyarlarına uyğun olmalıdır. Hazırda böyük həcmdə informasiya analiz edirik. Çox sayda səfərə gedirəm, maçtlara baş çəkirəm. Videoyazı vasitəsilə futbolçunun oynunu izləmək və tribunadan baxmaq fərqli məsələlərdir, canlı izləyən zaman həmin oyunçunun yerinə yetirdiyi mövqe işini daha yaxşı görmək imkanın yaranır. Bununla yanaşı, müdafiəçilər üçün mövqe fəaliyyəti çox vacibdir. Bizim artıq müəyyən namizədlərimiz var, lakin onların adlarını açıqlaya bilmərəm. Ona görə ki, hazırda onlarla danışıqlar gedir. Tez bir zamanda onların adlarını biləcəksiniz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail