Roy Hocson: “Ukrayna ilə oyunda Runinin bizə çox köməyi dəyəcək”

16.06.2012 | 5042 dəfə oxunub

“Çox gözəl oyuna tamaşa etdik. İlk yarıda oyunun gedişi bizi tam qane edirdi. Amma fasilədən sonra İsveçin bizim zəif nöqtəmizi tapması problemlərə gətirib çıxardı”. Stadium.az xəbər verir ki, bu sözləri İsveçə qarşı keçirilən oyundan sonra İngiltərə millisinin baş məşqçisi Roy Hocson deyib. Təcrübəli mütəxəssis cəzası başa çatan Ueyn Runi haqda da danışıb: “Hesabda geri düşsək də, komandam özündə güc taparaq, matçın gedişini dəyişdi. Qeyd etmək istərdim ki, biz beynəlxalq təcrübəsi böyük olan komandaya qalib gəldik. Gənclərə görə də sevindim. Onlar təcrübəli komanda yoldaşları ilə birlikdə yaxşı mübarizə apardılar. Növbəti oyunda təbii ki, Runi meydana start heyətinə çıxacaq. Onun mövqeyində çıxış edən Yanq isə cinahda oynayacaq.  Ueyn məşqlərdə çox yaxşı görünür. Ukrayna ilə matçda onun bizə çox köməyi dəyəcək. Həmin görüşdə lazımı nəticə qazanmağımız çox vacibdir”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail