“Bu, karyeramdakı ən çətin gecə idi”

19.06.2012 | 3937 dəfə oxunub

“Bu, karyeramdakı ən çətin gecə idi. 75-ci dəqiqəyə qədər bütün fikrim yalnız oyundan idi. Ancaq son 15 dəqiqədə paralel keçən qarşılaşmanın nəticəsi ilə maraqlanmağa başladım”. Stadium.az xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli Avro-2012 çərçivəsində İrlandiyaya qarşı keçirilən matçdan sonra deyib. Təcrübəli mütəxəssis matça elə də yaxşı başlamadıqlarını bildirib: “Son 15 dəqiqəni çox yaxşı keçirdik. Amma qarşılaşmanın startında inamlı deyildik. İlk 20 dəqiqə ərzində oyun qurmaqda çətinlik çəkirdik. Lakin sonradan oyunumuzu tapdıq. Komandanın sərgilədiyi oyundan razıyam. Biz meydana aqressiv çıxan komandaya qarşı çox səliqəli və “təmiz” oynadıq. 1/4 finalda da komandamın bugünkü kimi ürəklə oynayacağına inanıram. Çünki futbolda bu amil taktika və texnika kimi çox önəmlidir. İstək olmasa, ürəyini meydanda qoymasan, heç nə edə bilməzsən. Söz verirəm ki, qarşıdakı matça da komandanı bugünkü kimi hazırlayacağam”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail